2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir.
"AzPolitika" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.
Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.
Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.



Şərhlər
Bu məlumatın mənası qaranlıqqalır.Quru rəəmlərlə manipulyasiya etməklə hansı nairlik nədeməkistəyir.İndi 2025-ciidir və keyfiyyətsiz.mnşəibəlliolmayan,adına kərə yağı yazılan yağın kilosu 28manat.ətin kilosu 18-20 manat,ərzaqlar hər gün bahalaşr,nəqliyyat bahalaşıb.kommunal,səhiyyə.əl çatmaz.Bahaaşmadan geri qalan pensiya artım faizi pensiyaçıların vəziyyətinin pisləşmsi demək olduğunu nazirlikdə anlayan mütəxəssis niyə yoxdur?Olsa idi belə nağıllaaaar yazılmazdı
Bbunu hesablayb pensiya artım mələğlərinin 2018-ci illə müqayisə edə nadam bəs keçən 7il ərzində ərzağın.tibbi xidmətrin,dərmanların.xidmətlərin (nəqliyyat,kommunal.istlik əs.) artım faizini niyə müqayisaraşdırmadan guya pnsiyaçılarn yaşamının yaşılaşdırıldığını göstəmək istəyir? Artım göstərilənlərə uyğun adekvat olmayırsa insnların sosial vəziyyəti düzəlməz ! Yalanlardan hamı bezib.