Menu

Maduro Trampın telefonda onunla necə danışdığını açıqlayıb

04.12.2025, 10:39
Maduro Trampın telefonda onunla necə danışdığını açıqlayıb

Venesuela Prezidenti Nikolas Maduronun ABŞ lideri Donald Trampla telefon danışığının təfərrüatları məlum olub.

APA “Reuters“ə istinadən xəbər verir ki, Maduro 10 gün əvvəl Trampın ona zəng vurduğunu, telefon danışığının hörmət şəraitində və mehriban tərzdə keçdiyini bildirib.

“Əgər bu zəng ölkələrimiz arasında hörmət çərçivəsində dialoqa doğru addım atıldığı mənasına gəlirsə, onda dialoq və diplomatiya müsbət qarşılanır”, - Maduro Venesuela xalqına televiziya vasitəsi ilə müraciətində deyib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Venesuela prezidenti ilə telefonda danışdığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol