“İdarəetməyə qarşı yönəlmiş korrupsiyadan təmizlənmə çağırışını doğru hesab edirəm".

Bunu MHP lideri Dövlət Baxçalı CHP-nin keçmiş başqanı Kamal Kılıçdaroğlunun son günlərdə partiya rəhbərliyinə yönələn sərt tənqidlərinə münsaibət bildirərkən deyib.

"CHP tarix boyunca yanlış tərəfdə dayanıb. Əziz Atatürkün partiyasını məhv etdilər. CHP rəhbərliyinin hər kəsi günahlandırması düzgün və prinsipial bir davranış deyil. Yüz ilin ən ağır korrupsiya iddiasının tam şəkildə aydınlaşdırılması və ədalətin təmin edilməsi şərtdir”, -deyə o, qeyd edib.

Xatırladaq ki, Kılıçdaroğlu daha öncə CHP-də baş verən daxili korrupsiya iddialarından təmizlənməyin vacib olduğunu bildirmişdi. O, həmçinin CHP lideri Özgür Özəl rəhbərliyini İmralıya gedən heyətdə yer almamaqla da qınamışdı.

"AzPolitika.info"