Menu

Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

04.12.2025, 14:51
Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın növbəti direktorunun adı açıqlanıb.

APA İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən xəbər verir ki, Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib.

“Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Baş nazir Benyamin Netanyahu özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - Netanyahunun ofisi bildirib.

Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol