Menu

Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

04.12.2025, 15:05
Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxıb.

"Report" xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Şərhlər

Elmin 2025-12-04 22:52:13

Chelsea ilə olan oyuna getmək istədim bu qara bazar sağolsun ala bilmədim. İndi də həvəs yoxdu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol