Menu

"Tramp marşrutunun reallaşdırılmasına nail olacağıq" - Paşinyan

04.12.2025, 15:48
"Tramp marşrutunun reallaşdırılmasına nail olacağıq" - Paşinyan

8 avqust Vaşinqton razılaşmalarından və TRIPP layihəsinin elanından sonra Ermənistan Respublikasına investisiya marağı xeyli artıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Biz TRIPP layihəsinin strateji çərçivələrinin dəqiqləşdirilməsi istiqamətində aktiv işləri davam etdiririk. Hazırda sənədlər üzərində işləyirik və deyə bilərəm ki, yaxşı templə irəliləyirik və göstərdiyimiz müddətlər daxilində TRIPP layihəsinin reallaşdırılmasına nail olacağıq”, - Paşinyan qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol