Menu

Tərəfdaşlarımız Ukraynada seçkilər haqqında bu qədər çox danışırlarsa, cavab verməliyik - Zelenski

11.12.2025, 00:44
Tərəfdaşlarımız Ukraynada seçkilər haqqında bu qədər çox danışırlarsa, cavab verməliyik -  Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın nümayəndələri ilə ölkədə seçkilərlə bağlı müzakirə aparıb.

APA xəbər verir ki, bu barədə Unian məlumat yayıb.

Zelenski bildirib ki, Ukraynaya qarşı “heç bir siyasi manipulyasiyanın” baş verməsinə imkan verməyəcək:

“Əgər tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas tərəfdaşımız Ukraynada seçkilər barədə bu qədər çox və konkret danışırlarsa, biz hər suala və hər bir şübhəyə Ukraynanın qanuni cavablarını verməliyik. Bu, çətin məsələdir, lakin bu mövzuda təzyiqə ehtiyac yoxdur”.

Prezident əlavə edib ki, bu məsələyə dair təklifləri Ukrayna deputatlarından gözləyir.

“Ölkənin təhlükəsizlik çağırışları tərəfdaşlardan, hər şeydən əvvəl ABŞ-dən asılıdır. Siyasi və hüquqi çağırışlara isə cavabı Ukraynanın özü verməlidir. Bu cavablar olacaq”, - Zelenski vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol