Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 521,3 mln. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,7% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


Şərhlər
47 faiz artlm olduğu halda bu 7 faiz necə tapılıb? Növbəti saxta faiz?
Nəqədər yalan məlumatlar verəcəksiniz? Əhalinin istilətmə (mövsüm iotopleniya ( xərcləri bu ilə qədər illik 34 manat təşkil edirdi.İndi bu rəqəm aylıq 34 manat edilib.Bunun kimi başqa xərslər.Bizi hara sürükləyirsiniz?Hanı bu ölkənin yeraltı.yerüstü sərvətləti? Doymadınızmı ?