Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.
"AzPolitika" xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı ölkəni tərk edib.
Onların Tahir Tahirli və Əvəz adlı gömrük işçiləri olduqları bildirilir. Həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir.
DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahirinin Xalq şairi Söhrab Tahirin oğlu olduğu bildirilir.

Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.

Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.
"AzPolitika" xəbər verir ki, həbs olunan Rəşad Daşdəmirov isə Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

1994-cü ildən 2000-ci ilə qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olan Rasim Daşdəmirov ictimai müzakirələrə səbəb olan müxtəlif ifadələr və iddialarla yadda qalıb.
Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.
***
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb.
Məlumata görə, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə ilkin olaraq ümumilikdə 6 nəfər ittiham olunur.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib.
Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.
Digər bir məlumata görə, Rəşad Daşdəmirov ittihamla razılaşmayıb və həbs qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edilib.
"AzPolitika.info"

Şərhlər
Sözûm Sahibkaradır sənin məlumatın varmı ki, Nehrəm klanı deyirsən necə illər öngə gömrükdə yûksək vəzifədə hec post rəisı vê rəis müavini belə yoxdur, ṣərh olsun diyə yazırsan, Nehrəmli bu õlkənin vətəndaṣı deyil iṣleye bilməz?
Azərbaycanda rüşvət artıq dövlət səviyyəsində piramida şəklində qurulub. Ona görədə cənab Prezident o piramida başçısının tutulnası haqqında göstəriş verməlidir.
Təbii ki, R. Daşdəmirovdan belə bir hırsız oğul olacaqdı. Niyəsini də Daşdəmirov çox gözəl bilir. O ilk gündən Heydər Əliyevi qəbul etməyən bir adam olub. Amma buna baxmayaraq Heydər Əliyev 1993-cü il hakimiyyətə gələndən sonra 1994-cü ildə kiminsə vasitəçiliyiyi ilə oldu Gəncənin icra başçı. Təssüf ki, həmin dövrdə Heydər Əliyevi qəbul etməyənlərdən çoxları hakimiyyətə sızdırıdılar. Sonradan da bax beləcə çətələşib, Ölkə Baçısının bunca taleyüklü məsələrdə çox şaxəli fəaliyyətinə hər vasitə ilə kölgə düşürməklə məşqul oldular və olurlar da.
kimi dilləndirirsən, içi mən qarışığ, Vətənpərvərlikdən, Xalqa, Millətə ağız dolusu "xidmətindən" danışır. İstər Dövlət məmuru, istər müəllimi, həkimi, mədəniyyət işçisi, lap elə hərbiçisi (əlbətdə ki, hamısı yox) və s. və i...Ancaq reallıq budur ki, imkanı olan necə deyərlər "qapazdıyır", özüdə cibi dolunca yox, yeddi arxasına da yox, 77 arxasınacan...buna ən varlı dövlətin də büdcəsi dözməz...
Tutulanların heç biri nehrəmli deyil.Nehrəm Azərbaycanın incisidir.Vətənpərvər insanların kəndidir.
Nazirliklerin bu qeder emekdaslarini rusvete gore hebs edirler ancaq ne hikmetdise nazir yene de oz vezifesinde qalir
Bos seylerdir.cebraiyil ozude eyni isle mesgul olub vaxtile. Cebrayilin vaxtile ozune muavin edenlerde minlernen gencin haqqini rudvetnen basqalarina avara uvaraya satib taleyini kariyerasini zibil edib. Ogluda deyib atam kimi isleyim sonrada rahat konfort yasayim
Azərbaycanda kadrlar belə yerləşdirilir..Ona görə sadə vərəndaş balaları işsiz qalır.
Nehrəm Komitəsi hara baxır.??
xaricdən gələn adamın az qalırlar gömrükçülər ciblərini də yoxlasınlar . özləri isə mütəşəkkil olaraq qaçaqmalçılıq ilə məşğuldurlar. ləğv etmək lazımdır gömrüyü.
gömrük nazirliyinin qaçaqmalçılıq və cinayətkarlıqla mübarizə idarəsi, daxili təhqiqat idarəsi var. bu idarələr bu günə qədər hara baxırdı ? demək hamısı bir biri ilə bağlıdır. onun üçün də göz yumublar. həsən eyyubovun idarəsidir )))
Gömrük komitəsi Nehrəm klanından təmizlənməlidir.Əks halda orada qayda-qanun olmayacaq.Millət də artıq bezib.
Gömrük komple dəyişdirilməli.Nehrəm klanı oradan təmizlənməlidir..