Menu

Separatçıların “nümayəndəliyində” axtarış aparılıb

11.12.2025, 16:02
Separatçıların “nümayəndəliyində” axtarış aparılıb

Ermənistan İstintaq Komitəsi ötən günlərdə keçirilən parlament dinləmələrindən dərhal sonra İrəvanda separatçı qalıqlarının təsis etdiyi "Qarabağ nümayəndəliyi”nin binasında axtarışlar aparıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, axtarışın 2025-ci ilin iyununda başlanan və ehtimal olunan iqtisadi cinayətlə bağlı cinayət işi çərçivəsində həyata keçirildiyi bildirilir.

Vəkil Roman Yeritsyanın sözlərinə görə, cinayət işi xüsusi bir hüquqi şəxs ilə Ermənistanda fəaliyyət göstərən bank arasında bağlanmış kredit müqaviləsi çərçivəsində "Qarabağ İnvestisiya Fondu" tərəfindən sesiya (hüquqların ötürülməsi) müqaviləsi bağlanması ilə əlaqədardır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol