Dekabrın 12-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın Yaroslavl şəhərinə hücum edib. Hədəf Rusiyanın ən böyük neft emalı zavodlarından biri olub.
“AzPolitika” xəbər verir ki, mediada və sosial şəbəkələrdə Slavneft-YANOS (Yaroslavnefteorgsintez) neft emalı zavoduna zərbə endirildiyi barədə məlumat və videogörüntülər yayılıb.
Rusiya kanalları şəhərdə güclü partlayışlar barədə məlumat veriblər. Şahidlərin sözlərinə görə, şəhərdə ən azı yeddi partlayış baş verib. Hücumdan əvvəl yerli qubernator Mixail Evrayev bölgədə dron təhlükəsi elan edib.
Slavneft-YANOS Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.
“AzPolitika.info”
https://x.com/ukrpravda_news/status/1999334514070552857?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1999334514070552857%7Ctwgr%5E0321235ea25698546fde1dbb410259f1640a6ff0%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.pravda.com.ua%2Fnews%2F2025%2F12%2F12%2F8011499%2F


Şərhlər