Menu

Lökbatandakı yanğında tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb

12.12.2025, 12:59
Lökbatandakı yanğında tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb

Lökbatanda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb.

"Report" xəbər verir ki, Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Qeyd edək ki, yanğın dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.

Nəticədə meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov ölüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol