Menu

"Hədəfimiz Cənubi Qafqazda sülhün möhkəmləndirilməsidir" - Ermənistan Prezidenti

12.12.2025, 14:39
"Hədəfimiz Cənubi Qafqazda sülhün möhkəmləndirilməsidir" - Ermənistan Prezidenti

Ermənistan hökuməti Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə hədəflənib.

APA xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Aşqabadda “Beynəlxalq Sülh və Etimad İli-2025” forumunda çıxışında deyib.

Bu il 8 avqustda Vaşinqtonda İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını və “Tramp marşrutu” layihəsini xatırladan Xaçatryan xarici həmkarlarını regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi prosesini dəstəkləməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol