Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.
"AzPolitika" DTX-ya istinadən xəbər verir ki, məlumatda deyilir:
DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranmışdır.

Müəyyən olunmuşdur ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır.

Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər
Hamya məlumdur ki,Icra başçılarının hamısı rüşvət,mənimsəmə.büdcə oğurluğu ilə məşğldur.Bunu Prezident Aparatı da,Nağdəliyev də bilməmiş deyi0t.Bnlardan soruşun ki,aldıqları rüşvəti sonra necə paylaşıblar.Yoxsa bu icra hakimiyyətlərində kütləvi və muntəmadi hal almaz..Daha doğrusu qoymazdılar!
Rüşvət verən də cinayətin bilavasitə iştrakçısıdır.Bəs nə üçün o məsuliyyətə cəlb edilmir? Bunun sirri nədir?
Sumqayit(((?
Hal hazırda Şəki İcra Hakimiyyətində Şəhidlər və Qazilər ailəsinə baxan şöbənin müdiri şəhid və qazi ailələrinin pulunu mənimsədiyinə görə Məhkəmədə iş gedir ... Nə üçün İcra Başçısına dəyən yoxdur ? Tək adam pul mənimsəyə bilərmi ? Bu Cinayət işi dərindən araşdırılmaıdır və hüquqi qiymət verilməlidir. 28 il Şəki İcra başçısının birinci müavini vəzifəsində işləyən həsən Həsənov təqaüdə çıxdıqdan sonra, əmlakının qorunub saxlanması üçün Şəki İcra Hakimiyyətinə İctimai Şurasının sədri vəzifəsinıə təyin ediblər. Suasl doğur ? onun özünə nəzarət edən lazımdır, o kimə nəzarət edəcəkdir ? Şəki əldən gedib !
Eynii. işlərlə bütün icra başçıları,nazirlər.Komitə sədrlərinin hamısı məşuldur.Belə halda nə etməli?Bu bəlanın haradan gəldiyi aşkarlanmalı və qarşısı alınmalıdır.Yalnız bu zaman idarçilikdən,sistemdən danışmaq olar.Tək-tək hallarla bu bəlanın qarşısı alınmaz.
Şəki polisində və şəki prava qeydiyyat imtahan mərkəzində aşkar şəkildə yığılan rüşvətlərə niyə baxılmır?Göz görə görə rüşvət alırlar amma tutulmurlar niyə? İcra başçısı illərdir Şəkini dəstəsiylə talayır amma gözün üstündə qaşın var deyən yoxdur! Niyə? Deməli rəhbər olub tutulmamaq üçün ya paqon daşımalısan yaxud müəyyən şəxslərə qulbeçə olmalısan!