Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu barədə Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

"AzPolitika" xəbər verir ki, onlardan biri - fövqəladə hallar nazirinin müavini, general-mayorr Adil Ələsgər oğlu Abdullayevə “general-leytenant” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

O, ötən ilin fevral ayında fövqəladə hallar nazirinin  müavini təyin edilib. Həmin təyinata qədər isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Adil Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Onun əmisi, general-leytenant Əsgər Abdullayev uzun illər Dövlət Gömrük Komitəsi sədrinin müavini işləyib. 

 Ailəlidir, 2 övladı var.

Elman

"AzPolitika.info"