Menu

Milli Qvardiyanın komandanı postundan azad edildi - General ehtiyata buraxıldı

16.12.2025, 21:17
Milli Qvardiyanın komandanı postundan azad edildi  - General ehtiyata buraxıldı

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətininin Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib. (mənbə: Yeni sabah)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol