Menu

Rusiya "Metsamor" AES üçün Ermənistana kredit verəcək

26.12.2014, 16:04
Rusiya "Metsamor" AES üçün Ermənistana kredit verəcək

Rusiya hökuməti Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılmasının maliyyələşdirilməsi üçün kredit verəcək.

APA-nın “armenpress.am” saytına istinadən verdiyi xəbərə görə, Rusiya bu məqsədlə Ermənistana 270 milyon dollar məbləğində kredit vermək qərarına gəlib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya və Ermənistan AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılmasında əməkdaşlıq barədə hökumətlərarası saziş imzalayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol