“Tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir".
Bunu ötən həftə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına dair brifinqdə deyib.
Onun sözlərinə görə, bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur: "Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər”.
Bəli, doğrudan da tibb bacılarının evlərdə göstərdiyi xidmətlə bağlı belə bir təhlükə var. Lakin bunun günahkarı nə tibb bacısı, nə də vətəndaşdır.
TƏBİB rəhbəri də bilməmiş deyil ki, Azərbaycanda heç də bütün vətəndaşlar üçün nəinki keyfiyyətli səhiyyə xidməti, hətta adi poliklinika, tibb məntəqəsi belə əlçatan deyil. TƏBİB başçısı yaxşı bilir ki, əksər kəndlərdə, eləcə də rayon mərkəzlərindən 20-30 kilometr məsafədə olan kəndlərdə tibb məntəqəsi yoxdur. Olanlarda da Vüqar Qurbanovun dediyi “ilkin yardım üçün avadanlıqlar, dərman vasiətələri” yoxdur!

Nəinki kəndlərdəki tibb məntəqələrində, bir çox rayon, hətta şəhər xəstəxanalarında belə əksər hallarda tibbi vasitələri, dərmanları vətəndaş özü alıb gətirir. Üstəgəl, vətəndaşın hər gün iynə vurdurmaq üçün kənddən rayon mərkəzinə gedib-gəlməyə maddi imkanı çatmır. Heç kim tibb bacısını evə kefindən çağırmır, yaxud iynə vurdurmaq üçün onun evinə getmir.TƏBİB, Səhiyyə Nazirliyi yerlərdə şərait yaratsa, camaat kənddəki tibb bacısına yox, tibb məntəqəsinə üz tutar. Odur ki, TƏBİB başçısının dedikləri camaata “can yandırmaq” yox, evlərdə göstərilən xidmət nəticəsində mümkün ölüm hadisələrinə görə məsuliyyəti öz üzərindən atmaqdır. Vəssalam.
Təhlükəyə gəlincə, tibb bacısının evdə vurduğu iynədən ölüm hallarına nadir hallarda rast gələ bilərsiniz. Əvəzində, həmin TƏBİB-in, yaxud Səhiyyə Nazirliyinin, eləcə də özəl klinikaların yarıtmaz, bəzən yaramaz “xidməti” nəticəsində saysız-hesabsız ölüm halları baş verir…
Zatən biznesdə qadağa, tikintidə qadağa, yolda qadağa, sərhəddə qadağa - qadağa üstünə qadağa, cərimə üstünə cərimə… Üstəgəl, onsuz da bərbad vəziyyətdə olan səhiyyədə, tibbdə (icbari tibbi sığorta da daxil) yeni qadağalar tətbiq olunacağı anonsu verilir… Buna nə ehtiyac var? İnsanların həyat, yaşam sahələri, imkanları darala-darala gedir, üstəlik də bu cür yersiz, absurd, reallıqdan uzaq qadağaların tətbiqi insanları daha da sıxır, incidir…
Ancaq TƏBİB başçısı brifinqdə əhaliyə tibb məntəqələri ilə bağlı “böyük təskinlik” də verib: “Belə bir məntəqə artıq Bərdədə var. Gələcək planlarda bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır".
Ancaq hörmətli İcraçı director bilməmiş deyil ki, gələcək gələnə qədər bugün əldən gedir. Xüsusilə də bu “gələcəyin” nə vaxt və necə gələcəyi bilinmədiyi bir zamanda…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər
senin sehiyyeden xeberin varmi bir Goygole el gezdir milleti ne gune qoyublar
Rəy yazanları Təbib rəhbərliyi görəsən oxuyurmu.............
bu təbib tamailə anti-konstitusion, Hökmət kabinetində yeri olmayan, hakmiyyət ierarxiyasında harada dayandığı naməlum olan qanunzidd bir təşkilatdır, eynisi İcbari Sığort Agentliyinə də şamil edliməlidir.
Şəki MRX əl gəzdirin, tam özbaşnalıqdır !
Sen canin istefa ver cix get seni gorende adamin qarni agriyir ne pis sifetin var senin
Bunun sifətinə çox şey yazılıb.
Ölkəmizdə vahid tibb sdahəsi yaratmaq üçün TƏBİB ləğv olunmalı, səlahiyyətləri Səhiyyə nazirliyinə verilməlidir. Yaxşı olardı ki,.Vüqar Qurbanov Şəki MRX-nı gözdən keçirsin. Məcidlər, Qoxmazlar xəstəxanada meydan sulayırlar!
Niyə və kimin üzündən Azərbaycanda səhiyyə.təhsil belə ağlar günə qalıb? Bu cinayətin qarşısını kim almalıdır? Hakimiyyətin nazarəti niyə görünmür?
umumiyyetle TEBIB legv olmalidir bu sistem ozunu dogrultmadi seristesiz kadirlar ireli cekildi rusvet tuguyan edir tebibde pul vermesen hekim xesteye baxmir gelin etiraf edek.bir vetendas olaraq bildirirem ki TEBIB leg edilsin SEHIYYE nazirliyinin terkibine verilsin bir qurum kimi
Tibb bacısı ona görə günahkardıki heçbir səlahiyyəti yoxdur.
Hərkəsin gücü çatır ona əmr etsin.
Hansı tibb məntəqəsintə dərman vasitələri var heçbirində.
Adi bir qızdırma ölçən, təziq ölçən və ya
Təziq qızdırma salan peraparat yoxdur.
səhiyyədə əhətta digər sahəərdə bütün belə yaramaz,zərərli haların yaranmasının günahı başı-ayağı bəlli olmayan idarəçilikdədir. Bu hər addımda hiss olunur.
Ölmə eşşəyim ölmə.
Yaz gələcək
Yonca bitəcək
Sizin kimi jurnalistlər var olsun. Bəıkə sayənizdə xalqln səsi eşidilər. Belə məsələ qaldırmaq lazımdır, yoxsa nəyinə lazlm bu millətin hansı artist kimsən boşandı kimə getdi, neçə dəfə boşamdı. Görqn bu məsələni hanaı deputat günsəmə gətirdi?
Təbib faydalı işlərlə çox məşqul olsun keçlə. Dayim 2 gündü Resoublika klinik xəstəxanasında yatır 2 gündü nə həkim nə baş həkimi tapa bilmir. Atlblar tibb bacılarının ümüdinə. Ölümə buraxıblar.
İcraçı direktor əvvəlcə rayonlarda sırada duran xəstələrin necə əziyyət çəkdiyini, limit bitdi sistem bağlandı deyə yaşlı şəxslərə xidmət göstərməyə qoymayan həkimlərin iş rejimini düzgün qursun. Tibb bacılarına nə maaş verir bunuda aradan qaldırsın.
Bir tibb bacısı qalmışdı onuda qoymuyun kömeyimize çatsın özüm özüme bu ağrı içinde iyne vurdum Allah kömeyimizi kesenin gözüne işıq bedenine su derdine derman meyine torpaq atan vermesin Allah komeyinizi kessin dillenin dinin deyinki Allah gören men ne günah elemişdim.
Hər şey yaxşı olacaq inşallah
Şərhlərdəki insanların "dünyagörüşü" adamı dəhşətə gətirir... Guya nazirin "xəbəri yox imiş" Guya Təbib rəhbəri "özü" qərar çıxarıb.
Təbib rəhbəri kimdir ki guya?
NiYƏ edirlər???
1. Ölkədə dövlət tibbi zatən ölüb və soyğunçuların Özəl xəstəxanaları at oynadır. QƏRARIN ARXASINDA ONLAR VAR.
2. İstəyirlər hər kəs ora gəlsin, insanları soysunlar, milyardlar qazansınlar. .. İnsanlar isə hər şeyə aldanacaq qədər ACİZDİR bu ölkədə. Buna görə soyğunçular baş kəsir. Yaxşı heç nə olmayacaq. Xəbəri yox imiş. Pah! Yaxşı olardı müəllif bunu yazsın.
Səhiyyədə qlobal problemlər qalıb, düşmüsünüz məntəqə vardır, yoxdur. Rayon xəstəxanalarında və şəhər xəs- da həkim çatmır, 5-10 həkim aylıq növbələri verir, çatdıra bilmir. Üstəlik, hər gün əsəb, stress, müdiriyyətin anormal davranışı. Və hər gün bitməyən məcburi tapşırıqlar. Artıq, həkimlər bezib, işə getmək istəmir. Bu nə idarəçklik sistemidir TƏBİBDƏ. ? Direktorlar toxunulmaz bir obyektdir, işçilərini adam ydfinə qoymurlar, yerdə qalan müdiriyyətdə onların qulbeçələridir. Əziyyət çəkən , xəstəxanaya gəlir gətirən həkimlər, isə, ümumiyyətlə, heç kimdir. Cürətin çatıb, söz desən, ən yaxşı halda töhmət, yaxud işdən çıxarılmaqla təhdidlər. Bu şəraitdə, bu rejimdə hansə həkim xalqa keyfiyyətli xidmət edər? Birinci növbədə həkimə hörmət qoyulmalıdır ki, həkimində işləməyə həvəsi olsun. O ki, qaldı tibb bacılarına, diplomu olan hər t/b - na evdə insanlara xidmət göstərməyə icazə verilməlidir. Bir no- şpa vurdurmaq üçün xəstə xəstəxanaya getməli deyil.
TƏBİB qurulduğu gündən səhiyyənin qara günləri başlayıb.Bəli, sığorta çox gözəl bir şeydir, amma belə sığortamı? O sahədə bitməyən problemlər çövcuddur. Digər məsələ həkimlərin hər gün əzilməyidir. Bu qurum yarafıldıqdan həkimlərin nə hörməti nə qalıb, nə heçnəyi.. Rayon və işğaldan azad olunmuş torpaqlarda xəstəxanalara yeni həkim və işçi götürmək əvəzinə, zorla şəhərin xəstəxana həkimləri göndərilir. Qadınl həkimlər zorla ezam olunur və məsələ bitmir ki, bitmir. Nə maraq var? Niyə həkimə ayda 1000 man maaş verməklə işə afam götürmək yox, gündəlik 90 man ezam pulu yazılmaqla zorla həkimləri oralarda işlədirlər, əks halda işdən çıxarılmaqla təhdid olunurlar. Niyə buna son qoyulmur?
Çox gözəl ,ürəyimizdən keçenləri yazmısınız, tibb məntəqəsi olsada xeste belkə ora gedə bilməyir ,tib bacısı evə də gəlməlidir,təbii ki ,dərmanları özümüz alıriq
SİZ EVDƏ İYNƏ VURAN TİBB BACISINDAN DANIŞIRSIZ.
MƏN XƏSTƏ ÖVLADIMIN DÖRD TANINMIŞ LABARATORİYALARDA ÖZƏL HƏM DƏ QAN ANALİZİNİ VERDİM.
.ALTI DƏFƏ ANALİZİN HAMISI FƏRQLİ ÇIXDI.
ƏN MÜASİR AVADANLIQLAR OLAN YERDƏ BELƏ NƏTİCƏLƏR OLURSA TİBB BACILARINDA GÜNAH AXTARMAYIN.
MƏN BİLMİRƏM HANSI LABARATORİYANIN CAVABINA İNANIM.
CAVAB VERSƏZ GÖZƏL OLARDI
Bu dağıdılmış dahəyə Prezdentin nəzarəti vacibdir.Xalq soyulur və əziyyıt çəkir.İkili idarəçilik heç zamanmüsbət nəticə verməyib.
Bu yaramaz Təbib ləğv olunsa, əhalinin vəziyyəti daha yaxşı olar.
SUAL OLUNUR? Səjiyyə nazirliyi kimə lazımdır? Tibdə direktor və direktora tabe tibdən xəbərsiz məmur. Bu neçə ildə səhiyyədə nə deyişiklik edildi. Təklif olunur bu təşkilat ləğv olunsun, azad olan maliyə hesablarına kəndlərdə tibb məntəqələri açılsın.
1 illik onlarla apardığım yazışmalar nəticəsindəTƏBİBİN yararsız bir struktur olduğunu gördüm. Bir neçə məmur üçün dolanışıq və yaxşı qazanc yeri olmaqdan başqa heç bir müsbət rolu olmayan bivec təşlilat. Yalan yazmaq və müsahibə verməkdən başqa əllərindən bir iş gəlmir
Медицина в Азербайджане на нулевом уровне.
Qoymadınız yazım. Çünki siz də onun kimi debilsiniz
Vüqar Qurbanovun....Özü boynuna alır ki, hər yerdə tibb məntəqəsi yoxdur və belə absurd, yaramaz qərar verir.Onların məqsədi insanların sağlamlığı deyil , başqadır.Məmurlar yerlərdə əhalini narazı salmaq üçün hər şeyi edirlər, heyf , onların cəzasını verən yoxdur.
Mükəmməl bir məqalə.Fikirlərimizi açıq şəkildə bildirfiz.Müəllifə təşəkkürlər
Niyə bu məmurlar, nə danışdıqlarını bilmirlər.Bəlkə mənə iynə vurdurmaq lazımdır,eyni saatda, axşam saat 9 da.Ay başıboş məmurlar.Kim ki, bir damcı vəzifə sahibi olur, tez bu xalqa qəsd eləməyin yollarını arayır, axtarır.
Klinikalarda. Addel. Kadrlar. Hamını. Mecbur. Edib. İşden. Çıxarıb. Yerine. Qohumlarını. Yığırlar. Ana. Oğlu. Qızı. . Bacılar. Nesilleme. 1. Klinikaya yığılırlar. Sehiye. Nazirlitinen. Yoxlama. Gelir. Müeyyen. Şeylerin. Qarşılığında. Susurlar. Neceki. Seideye. Cinayet. İşi. Açıldı. İnşallah. Bir. Günde. Fövgeladenin. Reislerine. Saxtakar. Baş. Hekimlere. Açılacaq
Bəs TİBBİ TƏHSİLİ OLMAYAN ,ŞƏXSİ KOBİNET AÇIB ÇALIŞANLAR?, TİBBİ TƏHSİLİ OLMAYAN CƏRRAHLAR ,ŞƏXSİ KLİNİKA AÇIB PLASTİK CƏRRAH İŞLƏYƏNLƏR HARDAN ÇIXIR?? PULU BASIB SİZİN CİBİNİZƏ nə istəsən HARDA İSTƏSƏN İŞLƏ....!
Klinikalarda. Yoxlanış. Etsinler. Aileler. Nesiller. İşleyie. Bir. Aileden. 5. Nefer. İşleyenler. Var. Hetda. Ele. Klinikalar. Varki. Anası. Qızı. Oğlu. Nesli. İşleyir. Addel. Kadrlar. Bütün işçilerin. Başına. Oyun. Açıb. Mecburi. İçden. Çıxarıb. Yerine. Qohumlarını. Tanışlarını. Yığır.
Məntəqələrinizi saxlayın özünüzə-hər evin öz həkimi,öz tibb bacısı varsa,bunu qarışmağa sizin haqqınız yoxdur! Gedin xəstəxanalarda qayda-qanun yaradın!
...en boyuk gunahkar sen deyilsen!!!
Nə qədər ki belə nadanlar vəzifədə olacaq, bundan betərini də xalqa yaşadacaqlar.
Bunun günahı yoxdur.
Buna belə bir məsuliyyətli işi həvalə edəndən soruşmaq lazımdır ki bu nə həyasılıqdır?
kiçik bir respulikada səhiyyədə ikili idarəçilik kimə sərf edir? Bu hansı ağılın məhsuludur? Axı sadə xalq tibbi xidmətdən bahaçılıqvəsəviyyəsizlik üzündən yararlana bilmir, xəstəliklər və ölüm sayı artır.
Bəs səhiyyə xidmətləri və dərman vasitələrinin süni bahalaşdırılması üzündən sadə xalqın xəstə qalması.ölüm saylarının artmasıni kimin acgözüyü.nəzarətsizliyi üzündən baş verir?Bu suala TƏBİB-in ( məqsədi xaqı soymaq olan TƏİB -dən) cavabı maraqlı olard.