Türkiyədə futbolda qanunsuz mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində tanınmış futbol funksionerləri barəsində ciddi tədbirlər görülüb.

Məlumata görə, istintaq çərçivəsində “Qalatasaray” klubunun sabiq vitse-prezidenti Erden Timur saxlanılıb. Araşdırma ümumilikdə 29 nəfəri əhatə edir, onlardan 14-ü futbolçudur. Saxlanılan şəxslər arasında “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız və Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr və Milli Komandalar üzrə direktoru Buğra Cem İmamoğlu da yer alır.

Hazırda 24 nəfər saxlanılıb, 1 nəfər daha əvvəl həbs edilib, 4 nəfərin saxlanılması istiqamətində isə əməliyyatlar davam etdirilir. 

Rəsmi mənbələr bildirir ki, toplanan sübutlar şübhəli şəxslərin qanunsuz mərc fəaliyyəti ilə əlaqəli olduqlarını göstərir.

"AzPolitika.info"