Menu

MİSİR MƏRDANOV VƏZİFƏSİNİ İTİRDİ - Əli Abbasov da vəzifə ilə vidalaşdı

28.12.2025, 21:15
MİSİR MƏRDANOV VƏZİFƏSİNİ İTİRDİ - Əli Abbasov da vəzifə ilə vidalaşdı

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "Editor.az" özəl mənbələrə istinadən məlumat verib. Məlumatda bildirilir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texniki elmlər doktoru Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-təz qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb. Texnika elmləri doktoru, professor Əli Abbasov  İdarəetmə Sistemləri İnstitutunun baş direktoru işləyirdi. 

Şərhlər

Qonaq 2025-12-30 17:45:29

İllər əvvəl rabitə nazirliyində yoxlama aparılanda məlum oldu ki, bu Əli hər ay 300 min manat pulu büdcəyə keçirməyib mənimsəyib. Adini da qoyublar ki, gələn qonaqları yola salmaq, hədiyyə puludur. Bu rüşvətxoru ömürlük içəri basmaq lazımdır.

Mubariz 2025-12-30 15:43:40

Sözüm burada bu iki keçmiş rüşvətxorları tərifləyənlərədir -bəsdirin g.... Sizi kimilərə görə cavanlar bədbəxt olub ,yaltaqlıqla uzağa getmək olmaz

Tariyel hacıyev 2025-12-29 18:32:28

Əıi müəllim gözəl alim sadə insan və heç vaxt öz mənafein güdməyib.belə alimə çox ehtiyacımız var

Cəmşid Dərələyəzli 2025-12-29 18:04:46

Çox təssüf nə yaşları vardı bunların. Təzəcə parıldayırdılar. Zatən keçmişdə harada işləmişdirlər, oranın içinə etmişdlər. Xüsusən də Misir Mərdanov . İndiki bərbad təhsil onun mirası deyilmi. Qaldı alimliklerine, bunların alimliyi də xırdalana kimi tanınar. O da tanıyan varsa əgər.

Roma 2025-12-29 13:05:42

Bir neçə şərhdə pensiyalara toxunulur ki, sabiq vəzifəlilər, deputatlar və s.. yüksək yox, çox yüksək pensiya alırlar ki, bu da təbii ki, bir çoxumuzda qıcıq yaradır. Bəli, nə üçün birisi 200-400 arası manat pensiya alaraq "sürünür", yuxarıda adları keçənlər isə 3-5 min və bəzən daha çox pensiya alaraq, necə deyərlər, "marça-marçla" yeyir. Bir sözlə pensiya məbləğinin aşağı həddi olduğu kimi, yuxarı həddi də olmalıdır və bu nisbət iki qatdan artıq olmamalıdır, yəni hazırki reallığı nəzərə alaraq, aşağı hədd 500-750 manat, yuxarı hədd isə 1000-1500 manatdan artıq olmamalıdır...Bu variant tam olmasa da, müəyyən qədər sosial ədalətli olardı...indiki vəziyyət isə tam sosial ədalətsizlikdir...

Roma 2025-12-29 12:51:53

Əli Abbasov Rabitə nazirliyindəki korrupsiya aşkarlananda demişdi ki, mənə ayda 300 min manat verirdilər, ancaq həbs olunmadı, bir başqa rəhbər işə qoyuldu... Misir Mərdanovun Təhsil Naziri postuna gətirilməsinə gəlincə, təhsilin də tənəzzülü elə onun dövründən başladı. Misirin özünü təmizə çıxarmağı ilə deyil, yəni onun da dövründə böyük əyintilər olub, özü də o işin içində olub...

Tahir 2025-12-29 09:50:08

"Publik hüquqi şəxs"-lər ictimai maraqların təmin edilməsi məqsədi ilə yaradılsada, hansı sahədə fəaliyyətə başlayırlarsa, o sahəni bərbad günə qoyurlar.

Vahid 2025-12-29 08:58:58

Onsuzda təhsil məhvə gedir, eynilə də bu ali təşkilatlarda.....

Şimşək 2025-12-29 08:29:57

Düz şərhlər. Sağ olun.

Cavid 2025-12-29 01:59:29

Misir müəllim cox gozəl və savadli kadrdi məncə onu yenidən təhsil naziri qoysalar yaxsi olardi...Umumiyyətlə yeni nazirlərdənsə kohnə Misir muəllim kimi nazirlər lazimdi bu olkəyə cunki yeni gələn nazirlər hər bir qurumun zibilini həqiqətən cixarib

Zaur 2025-12-28 23:00:02

Bunlar savadli , medeni korrupsiyonerlerdir. Guya ki, nisbeten insafli nazirler olublar. Ogurladiqlari milyonlar nesillerine de bes eder. Haramlari olsun. Allah özü cezasini versin .

Əyyar 2025-12-28 22:05:48

Misir müəllim dəyərli insandır. Onun şəxsiyyətinə qiymət vermək üçün bir az yaxından tanımaq lazımdır. Vəzifəsini itirsə də, mənliyini qoruyan insandır!

Oxucu. 2025-12-28 21:15:54

Vallah cavab vermirsən olmur,hörmətli Sulduz müəllim hər iki keçmiş nazirlərin kifayət qədər sərvəti var,üstəlik kifayət qədərdə yaşları var,Allah onlara can sağlığı versin,sizin dediyinizdən belə çıxırki bu insanlar dünyasını vəzifə tutduğu kresloda dəyişməlidir?

Azər 2025-12-28 20:41:05

İxtisar pisdir Amma keçmiş əks nazirlərin ixtisarı daha məqsədəuyğundur.Akademiyanin instutlarl nəisə görürlər.cəmiyyətə nə xeyir verirlər.hansi ixtiralar ediblər.coxu ləğv edilməli və universitetlər elmlə məşğul olmalidirlar

Yalçın 2025-12-28 20:07:53

Daha yaxşı olardı ki, professor Misir Mərdanov direktor təyin ediləydi, çünki daha təcrübəli idi. Bəlli olan budur ki, Əmrullayev elmi və bacarıq baxımından özündən savadlı və təcrübəli kadrları yaxınında görmək istəmir,çəkinir

Axmaq 2025-12-28 19:51:11

elm və təhsil nazirliyi yox xəngəl və təndir nazirliyi

Şəkili 2025-12-28 19:31:00

Nə üçün Şəki İcra Hakimiyyətinin başçısı elxan Usubova şamil edilmir ? Həm yüksək səviyyədə pensiya, həm də yüksək aylıq əmək haqqı alır, 15 ildir ki, başçı vəzifəsini daşıyır, heç bir iş görmədən ? Şəki İcra Hakimiyyəti "Qocalar Evini" xatırladır! BAŞ MEMAR , pensiyaçı Cahangir Nəbiyevin əmlakları milyonlarla ölçülür, Bazarın yanında Əhalinin İstirahət yerini vəzifəsindən istifadə edərək qanunsuz özəlləşdırıb şəxsi əmlakına çevirmişdir, Hərbi xidmətə getməyən ne narmalni oğluna Fantan Kafesi yaratmışdır. Bundan başqa Bazara gedən işlək yola köşk qoyaraq Peraşki bişirdib satdırır. Aidiyyatı qurumlar korrupsionerlərə göz yumurlar ? Müəllim 65 yaşa çatan kimi işdən azad edirlər, ancaq yüksək pensiya alan elxanlar , cahangirlər, Qüdrətlər, icra nümayəndələri isə işləməyə şans veriblər.

sadiq 2025-12-28 19:22:36

texnika elmləri doktoru əvəzi deyilən bir anlayış yoxdur. yazını yazanda bir qədər savadlı yazın

Rauf 2025-12-28 19:01:25

Şəki Balakən regionunda ikibasci qalır Şəki başçısı usubov və zaqatala başçısı əhmədazadə. İkisi qoca və hec bir işə yaramir. 65den cox yaslari var. İllərdir yığdılar heç kim səs çıxarmadı ki bu var dovlet hardan olub? prokror mtn hec bir nazirlik yoxlamadı. .... Niye pensiyaya gonderilib ramiz kimi ellerinden mulkeleri alinmir? ikisinide ramiz teyin edib indi ramizden uz donderibler. Kimliyinden asili olmayaraq rusvetxorlar mesuliyeye celb edilecekdise niye helede rus agenti ramizin kadri regionu talayir? Mubariz ehmedzadeni elxan usubovu ve emisioglu rustem usibovu vezifeye teyin eden klan rehberi ramiz mehdiyev olub. .... niye mulkedarlar varlilar obyekt sahibleri qocalar ixtisara dusmur? Niye?

Sulduz 2025-12-28 17:02:00

Bu ixtisarlar, alimdən tutmuş kiçik bir işçilərə kimi əhatə edir.Bu gedişatla biz hara gedirik.Hər bir iş yerin ixtisarı bir ailəni çörəksiz qoymaqdır.İş yerləri ixtisardansa milyonları talayan şəxslərdən musadirələri büdcəyə transver edib nəhənki ixtisar, yeni iş yerləri də yaradılsa daha yaxşı olmazdımı?

Sulduz 2025-12-28 16:54:06

Bu ixtisarlar, alimdən tutmuş kiçik bir işçilərə kimi əhatə edir.Bu gedişatla biz hara gedirik.Hər bir iş yerin ixtisarı bir ailəni çörəksiz qoymaqdır.İş yerləri ixtisardansa milyonları talayan şəxslərdən musadirələri büdcəyə transver edib nəhənki ixtisar, yeni iş yerləri də yaradılsa daha yaxşı olmazdımı?

Vətəndaş 2025-12-28 14:43:25

Nitə bu eks vəifəlilər təqaüdə göndərilmirlər.Elə Baş naiein neçəuaşı var? Hansı ehtiyacdan yer tuturlar?Bunun kimi Usubovlar vəsair.odur ki.işsilik başalıb gesdir.Bunlar həm yüksək maaş alır.həm yüksək təqaüd təyin edibər. Niyə bu hqda düçünən yoxdur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol