Menu

Zakir Həsənov kralla görüşüb -FOTO

26.12.2014, 23:00
Zakir Həsənov kralla görüşüb -FOTO

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib.

Musavat.com nazirliyin saytına istinadən məlumatına görə, müdafiə naziri səmimi qəbul üçün Krala minnətdarlığını bildirərək Azərbaycan prezidenti İlham Əliyevin salamını çatdırıb, Bəhreyn xalqına daimi tərəqqi və rifah arzulayıb.

Bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayan Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.

Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol