Menu

Gürcüstan prezidenti Putinə şərt qoydu

26.12.2014, 23:25
Gürcüstan prezidenti Putinə şərt qoydu

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu söyləyib. Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi xəbərə görə, lakin Marqvelaşvili görüşün reallaşması üçün bir şərt qoyub - əgər söhbət Gürcüstanın ərazi bütövlüyünün bərpasından gedəcəksə.

Bu barədə onun xarici siyasət məsələləri üzrə məsləhətçisi Tenqiz Pxaladze açıqlama verib. “Prezident hər kəslə görüşməyə hazırdır əgər söhbət ərazi bütövlüyünün bərpa olunmasından gedəcəksə” – deyib məsləhətçi.

Kremlin bu bəyanata hansı reaksiya verdiyi bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol