Menu

"QAZ TARİFLƏRİ 8, ELEKTRİK ENERJPSİ TARİFLƏRİ İSƏ 6 FAİZ ARTMIŞ OLACAQ" - İqtisadçı sabit tarif mexanizmini şərh etdi

03.01.2026, 22:23
"QAZ TARİFLƏRİ 8, ELEKTRİK ENERJPSİ TARİFLƏRİ İSƏ 6 FAİZ ARTMIŞ OLACAQ" - İqtisadçı sabit tarif mexanizmini şərh etdi

"Təbii qaz və elektrik enerjisi sərfiyyatına görə tətbiq edilən aylıq sabit tarifin xərc yükü əsasən aztəminatlı ailələrin üzərinə düşəcək".

"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı Samie Əliyev deyib. Onun sözlərinə görə, bu mexanizm həmin ailələr üçün faktiki olaraq yüksək tarif deməkdir və onlar bu artımı daha çox hiss edəcəklər.

Samir Əliyev qeyd edib ki, 2025-ci ilin yanvarından təbii qaz üzrə illik istehlakı 1200 kubmetrə qədər olan əhali qrupu üçün tarif 12,5 qəpik müəyyənləşdirilib və bu, ən aşağı tarif hesab olunur. Bu kateqoriyaya aid abonentlər il ərzində 150 manat ödəyir. İqtisadçının sözlərinə görə, 2026-cı ildə yeni tarif artımı olmasa belə, sabit tarif səbəbindən bu məbləğ 162 manata yüksələcək və nəticədə qazın 1 kubmetri faktiki olaraq 13,5 qəpiyə başa gələcək.

O vurğulayıb ki, bu isə əhalinin təxminən 48 faizi üçün tarifin 12,5 qəpikdən 13,5 qəpiyə qalxması deməkdir və artım ən azı 8 faiz təşkil edir. Əliyevin fikrincə, istehlak azaldıqca faktiki tarif daha da yüksəlir: 1000 kubmetr üçün 13,7 qəpik, 800 kubmetr üçün isə 14 qəpik olur.

İqtisadçı analoji vəziyyətin elektrik enerjisində də yarandığını deyib. Onun sözlərinə görə, aylıq 200 kVt-saata qədər istehlak üçün müəyyən edilən 8,4 qəpiklik tarifdən istifadə edən abonentlərin xərci 16,8 manatdan 17,8 manata yüksələcək. Bu isə əhalinin 65 faizi üçün 1 kVt-saat elektrik enerjisinin faktiki qiymətinin 8,9 qəpiyə qalxması deməkdir.

Samir Əliyev bildirib ki, elektrik enerjisində də aşağı istehlak zamanı tarif daha yüksək olur: 150 kVt-saat üçün 9,1 qəpik, 100 kVt-saat üçün isə 9,4 qəpik.

O əlavə edib ki, aşağı tarifdən əsasən aztəminatlı ailələr istifadə edir. Çoxmərtəbəli binalarda yaşayan və mərkəzi istilik sisteminə qoşulan bəzi abonentlər də bu qrupa daxil ola bilər. Lakin ümumilikdə aşağı tarifdən daha çox imkanı məhdud olan ailələr yararlanır.

İqtisadçı yekunda bildirib ki, adından asılı olmayaraq, 2026-cı ildə “qənaətcil” ailələr üçün qaz tarifləri ən azı 8 faiz, elektrik enerjisi tarifləri isə ən azı 6 faiz artmış olacaq. Onun sözlərinə görə, sabit tarifin xərcini daha az hiss edənlər əsasən imkanlı təbəqədir, nəticədə isə əhalinin 48 faizi qaz, 65 faizi isə elektrik enerjisi üzrə faktiki olaraq yüksək tarif ödəməli olacaq.

Rasim

"AzPolitika.info"

Şərhlər

ƏNHU-ya 2026-01-04 13:03:44

Azərbaycanda dövlət qurluşu heç də feodalizm deyi,.bir başa quldarlıq dövrünə ( sadəcə şəkli dəyişib ) qaytarılmışıq.Sadə insan yalnız onlara yuxarıdan icazə verilənləri edə bilir.haqlı-haqsız cəzalandırılır.ölməmək üçün yaşam şəraitinə imkan verilir.Bu realığı görməzdən gəlmək yanlışdır.

Mühasib 2026-01-04 12:55:33

Bu sabitləşdirmə yox,bahalaşdırmadır!Niyə hər şeyiö adı ilə çağırmırsınız.bir də bu yanlış 6.-8 faiz də yalandır.axın qazın.elektrik enerji vahidinin qiyməti neçə idi indi neçə oldu.Faizi də yalan hesablayırlarUnudurar ki,Azərbaycan xalqıonlar kimi bisavad deyil.

F.......... D 2026-01-02 11:22:59

Bes deyil da qaldira aaldira gedirsiz herweyi. 350 manat maww pensiya verirsiz onuda deyirsiz herweye xercleyib catdirin. Xesdenin xerman pulu eylemir hec. Insafinis olsun bu kamunallari azaldin bizimde evimiz isdilik gorsun

Azad 2026-01-02 10:44:19

Allah qiymət qaldıranların bəlasını versin! İyrənirəm ...

Qazi 2026-01-02 08:28:27

Yat yat bala laylay .yatmışları razı deyilem kimse oyatsın....

Kamran 2026-01-02 08:18:13

Əsas odur limiti leğv olmadi

Şahin 2026-01-02 07:40:04

ALLAH BəLavlzl çox-çox versin

Rr 2026-01-02 04:12:40

Yeni iliniz mübarek !! Milletim menim)

Yəhya 2026-01-02 03:28:06

Hecne Allah bu məmurlari biz kasiblara möhtac etsin . Şirin şirin yeyib zəhər qussunlar onlarki bizə bu zulmu edir bir şeyki senin dövletinde ola ola sene bu qiymete verirlirse qazandiglarinin hamisi dəvə dərmana getsin heç xeyrini görməsinlər . Ne sosial ala bilirik rahatlugla me uşag pulu verilir xarabaxanada pulu olan yaşayir yeyir icir gəzir kasib ele işləyir ancag qarina bide kamunala . Heç ne Allah bizim ahimizi siz yuxarida məmurlarda qoymasın...

Xatirə 2026-01-02 00:28:39

Ölkəni ozellesdiribler ele bil qaz işıq dədələrindən qalıb Allahın bəxş etdiyi servetlerdi Özlerine sərf edən şeylərdə Avropa ilə müqayisə aparırlar Ay yazıqlar demek olar bütün xarici ölkələrdə vətəndaşa qiymət qoyulur uşaq pulu verilir Heyf deyildi Sovet dövrü

Nn 2026-01-02 00:01:02

Ölkədə hər bir təbii məsul xalqındi nə eki başqa dövlətlərdə olduğu kimi azarbaycanda isə məmur balaları az təminatlı lari əzir .Və ya nə istəyir edir .Qaz hava sayğacların içini açıb dəyişiklik edirlər ki çox yazsın .təmiz qaz heç zaman çox yazmır .amma sayğaclar laboratoriyada əməl.olir orda işləyən deyirdi bunu .Elektirik sayğacları da eynən ..çox haqsız və dexlisiz bir rejimdir ..Xalq sadəce qorxu içində bu da azad Azərbaycan xalqı deyil.is sisteminə baxırsan bir savadsız oturur başda aşağı deyir belə elə .həm xalq əziyyət çəkir həmdə hökuməte zərər olur .Və birdə bəzi şeylərdən əsası buduki torpağı işğaldan azad olanlarin bəziləri rütbə dasiyir və hərbiçidi deyir esi bu torpaqları neye aldılare 60.manatimizdan kesildik buları hökumət neye saxlayır ki .bu kimi vətən xainlerinj prezidentə məruzə edib şəhid valideyinlərinin eli e vermək.lazimdirki azadlıq.meydanida parçalasınlar

Yadigar 2026-01-01 21:38:15

Allah özü köməyimiz olsun Amin özləri dədə malı kimi Büdcəni talan edirlər əziyyətini də bizim kimi kasıb insanlar çəkirlər

Yadigar 2026-01-01 21:33:50

Tək bircə bunu deyə bilərəm ki, 87 Mlyon Türkiyə gözəl firavan yaşayırlar ama 8və ya 9 Mliyon varığ yoxuq bizi süründürürlər özləri dədə malı kimi hara gəldi Büdcəni talan edirlər bütün yüküdə biz insanlara yükləyirlər Allah,teala bu ədalətsizliyə biganə qalmasın bizimdə güvəndiyimiz inandığımız sığındığımız Allahımız var Allah özü köməyimiz olsun Amin.

xalq 2026-01-01 21:13:03

Maşalah.Görürsüz hakimiyyət necə xalqın yaşamına.sosial vəziyyətinin yaxşılaşdırılmasmına necədiqqət ayırır.

Vətəndaş 2026-01-01 20:58:06

Bu bahalaşma xalqa Yeni il hədiyyəsidir? iki gün gözləyə bilmirdilər ?

Pravda 2026-01-01 12:34:51

У нас наша власть не думает о народе, все думает как больше набить себе карман, и все, тогда нам такая власть ненужна, лучше бы брали пример с Грузии и России там о народе думают,а у нас полно лишних организаций, например ЖЕКи они вообще ничего не делают только берут квартплату, а когда возникают проблемы у населения они не делают, а насчет новых тарифов на свет и газ, для бедных и малообеспеченных семей это будет серьёзный удар по бюджету

Nessi 2026-01-01 12:13:31

Bu nə vaxta kimi davam edəcək onsuzda zərər çəkən kasıb təbəqədir.

Azad Aydın 2026-01-01 12:11:19

İnkişaf edirik....
İnkişafın nə olduğunu bilməyənlərin dili ilə! Bölgədə ən geri qalmış aqrar ölkəyə çevrilirik.İstehsal yox səviyyədə,qiymətlər Avropadan yuxarı, maaşlar Afrika sayağı.

Nərmin 2026-01-01 11:59:07

Bir onu bilirəmki ancaq xalqin ziyanına olan qərarlardi və çox bir zəmanəyə gəlib çıxmışıq

Kòhne 2026-01-01 07:38:23

BEYENMEDIYIMIZ SSSR VAXTI HAMISI PULSUZ IDI !

Vahid 2026-01-01 01:06:07

Dünyada kasıb milleti soymaqda, Azerbaycanın analoqu yoxdur.

Dilarə Quliyeva 2025-12-31 23:58:56

Bu çox böyük sosial ədalətsizlikdi

ƏNHU 2025-12-31 23:49:01

Sərdar Cəlakoğlu haqlı olaraq Azərbaycanı yarım-feodal dövlət adlandırır və bunu elmi əsaslarla sübut edir. Mənsə çox hörmətli siyasətçimizə onu zatırlatmaq istəyirəm ki, kapitalizmdən feodalizmə geri dönüş obyektiv gerçəklikdir. Bəşər tarixində geri dönüş hadisələri bir neçə dəfə baş verərək özü ilə bərabər bütün svilizasiyanı məhv edib. Dəhşət doğuran bunun bizim ölkəmizdə baş verməsidir. Zatən ökədə feodal münasibətlərinin dirçəltdirildiyini, qanunların nazir, oliqarx, icra başçısı adı altında maskalandırılmış feodalların mənafeyinə uyğunlaşdırıldığını, onlara və övladlarına xüsusi imtiyazların verildiyini, hər cür məsuliyyətdən yayındırıldığını, bu ali zümrənin açıq-aşkar şəkildə mühafizə edildiyini hamı anlayır və müşahidə edirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol