Menu

Bakıda dəhşətli olay: özünü qalstukla boğub öldürdü

27.12.2014, 11:49
Bakıda dəhşətli olay: özünü qalstukla boğub öldürdü

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Buxta küçəsi 7 ünvanında kirayədə yaşayan Qusar rayon sakini, 1990-cı il təvəllüdlü Qarayev Mais Qusar oğlu özünü asaraq intihar edib.

24 yaşlı M.Qarayev özünü qapının əlcəyinə bağladığı qalstukla boğub.

Bildirilir ki, M.Qarayev həmin ünvanda 1958-ci il təvəllüdlü Bakı sakini Qəribov Teymur Mürsəl oğluna məxsus evdə müvəqqəti yaşayırmış. O, ailəli olub və hadisə vaxtı ailə üzvləri mənzildə olmayıb.

O da bildirilir ki, intihar edən şəxsin banklara külli miqdarda borcu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol