Ali təhsil illərdir “təhlükəsiz gələcək” vədi kimi təqdim olunmasına baxmayaraq, universiteti bitirdikdən sonra əmək bazarında yer tapa bilməyən gənclərin sayı azalmaq əvəzinə artırr. Rəsmi statistik rəqəmlər göstərir ki, diplom artıq məşğulluq təminatı rolunu oynamır.
Bu mənzərə bir tərəfdən ali təhsil müəssisələrinin əmək bazarının real tələbləri ilə nə dərəcədə uzlaşdığı, digər tərəfdən isə məşğulluq və kadr siyasətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Universitet diplomu əldə etmiş minlərlə gəncin işsizliyi ali təhsilə qoyulan həm dövlət, həm də ailə resurslarının nə dərəcədə səmərəli istifadə olunduğunu yenidən müzakirə mövzusuna çevirir.
"AzPolitika" xəbər verir ki, "Modern.az" saytı Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən, ölkədə fəaliyyət göstərən 34 universitetin işsiz məzunlarının sayını araşdırıb.
Reytinqə görə, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bu da onu göstərir ki, 5 ildə məzun olanların 46,9 faizi işsizdir.

Məzunlarının yarıdan çoxu iş tapmayan universitetlər
Ölkə daxilində fəaliyyət göstərən ali təhsil mərkəzlərindən ən çox məzunu işsiz qalan Naxçıvan Müəllimlər İnstitutudur. Belə ki, bu institutda 5 il ərzində məzun olan 1159 nəfərin 63,9 faiz, yəni 741-i işsizdir.
Siyahıda ikinci gələn dövlət ali təhsil mərkəzi isə paytaxtda yerləşən Bakı Slavyan Universitetidir. Bu universitetdən 5 il ərzində məzun olan 3 min 193 nəfərin 1911-i işsiz olaraq Agentlik tərəfindən qeydiyyata alınıb. Bu da o deməkdir ki, məzunların 59,8 faizi rəsmi şəkildə çalışmır.
Mingəçevir Dövlət Universitetinin məzunlarının 59,8 faizi işsizdir. Belə ki, bu universitetdən məzun olan 2247 nəfərin 1343-ü oxudğu ixtisası bitirdikdən sonra işlə təmin olunmayıb.
Məzun sayına görə illlərdir ölkədə lider statusu daşıyan Bakı Dövlət Universitetində 5 il ərzində 19 min 24 nəfər məzun olub ki, onlardan da 10 min 767 nəfər 2 il ərzində iş tapa bilməyib. Bu da ümumi göstəricinin 56,6 % deməkdir.
Siyahını Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti davam etdirir.
ADPU-nun Şamaxı filialı üzrə işsiz məzunların sayı 263-dür ki, bu da ümumilikdə 54,8 faiz təşkil edir.
Azərbaycan DövlətAqrar Universitetindən 5 il ərzində məzun olan 3073 nəfər, ümumilikdə 54,4 faiz işsizdir.
Naxçıvan Dövlət Universiteti də bu siyahıda yer alır. Belə ki, 5 il ərzində məzun olan 4052 nəfərin 52,1 faizi ali təhsildən sonra iş tapmayıb.
Məzunlarının yarıdan çoxunun iş tapmadığı növbəti ali təhsil müəssisəsi Azərbaycan İdman Akademiyasıdır. 5 il ərzində idman sahəsində ixtisaslaşan məzunların 50,7 faizi ən azı 2 il ərzində heç bir iş tapmayıb.

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi
Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası üzrə 42,9 faiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə 40,3%, Bakı Musiqi Akademiyası üzrə isə 42 faiz məzun ali təhsildən sonra iş tapa bilib.
Qeyd edək ki, illik təhsil haqqının ən yüksək olduğu ixtisaslar məhz bu ali təhsil mərkəzlərində tədris olunur. Mədəniyyətin müxtəlif sahələri - bəstəkarlıq, dirijorluq, instrumental ifaçılıq və vokal sənəti ixtisaslarına müraciət edə biləcək tələbələrin sayı da azlıq təşkil edir. Bu ixtisaslarda tədris ili üzrə təhsil haqqı 9000 manata qədər təşkil edir ki, onlar da dövlət sifarişlidir. Ödəniş haqqının bu qədər baha olmasına səbəb isə kadr və texniki məsələlərlə bağlıdır.

Region universitetlərində arasında Sumqayıt Dövlət Universitetinin məzunlarının 49,5 faizi, Lənkəran Dövlət Universitetinin məzunlarının 44,7 faizi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının isə 46,9 faizi 5 il ərzində iş tapa bilməyib.
Özəl universitetlər
Özəl universitetlərin məzunlarının ortalama 46,6 faizi işlə təmin olunmayıb. Bu universitetlər arasında Bakı Qızlar Universiteti liderdir. Belə ki, sadəcə qızların təhsil aldığı bu ali təhsil mərkəzindən 5 ildə məzun olan 961 nəfərin 585-i işsiz qalıb. Bu da ümumi göstəricinin 61 faizini təşkil edir.

Digər özəl universitetlər üzrə işsiz məzunların göstəriciləri belədir: Azərbaycan Texnologiya Universiteti – 48,7 faiz, Azərbaycan Universiteti – 47,1 faiz, Xəzər Universiteti – 44 faiz, Bakı Avrasiya Universiteti – 46 faiz, Azərbaycan Kooperasiya Universiteti – 47,3 faiz, Qərbi Kaspi Universiteti – 44,3 faiz, Azərbaycan Texniki Universiteti – 46,8 faiz.
İşsiz məzunlarının sayı nisbətən az olan dövlət universitetləri:
Azərbaycan Dövlət Pedaqoji Universiteti – 47 faiz;
Azərbaycan Dövlət İqtisad Universiteti – 44,1 faiz;
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 43,4 faiz;
Bakı Biznes Universiteti – 40,2 faiz;
ADA Universiteti – 37,3 faiz;
Dövlət İdarəçilik Akademiyası – 36,2 faiz;
Milli Aviasiya Akademiyası – 36,1 faiz;
Azərbaycan Turizm və Menecment Universiteti – 37,1 faiz;
Bakı Mühəndislik Universiteti – 35,5 faiz,
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 34,8 faiz;
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 33,4 faiz;
Bakı Ali Neft Məktəbi – 24,9 faiz.

Bəs işlə təmin olunanlar harada çalışır?
Əmək bazarında gənc kadrların əsas cəmləşmə nöqtələri pərakəndə ticarət, bank sektoru və xidmət sahələri olub. İşəgötürənlər üzrə məzun sayının “Top-10” siyahısı göstərir ki, ali və orta ixtisas təhsilini başa vuranların əhəmiyyətli hissəsi real sektorun geniş şəbəkəyə malik şirkətlərində iş tapır.
Siyahıya "Araz" Supermarketlər şəbəkəsi başçılıq edir. Şirkət ümumilikdə 1071 məzunu işlə təmin etməklə həm regionlarda, həm də paytaxtda gənclər üçün əsas iş platformalarından biri olub.
İkinci pillədə Kapital Bank qərarlaşıb. Həmin illərdə məzun olan 920 tələbə bu qurumda çalışır.
Təhsil sektoru da siyahıda ilk üçlükdə yer alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 758 məzun işlə təmin olunub.
Dördüncü və beşinci yerlərdə xidmət və telekommunikasiya sahəsi təmsil olunur. Dost İş Mərkəzi 696, "ABC-Telecom" isə 497 məzunu işə cəlb edib.
Bank sektorunda daha bir böyük işəgötürən Unibank olub. 482 məzun bu bankda çalışır.
Pərakəndə ticarət seqmentində Oba Market (451 məzun), ANC Group (448 məzun) və Azərbaycan Supermarket (426 məzun) ardıcıl şəkildə siyahıda yer alıb.
İlk onluğu "McDonald’s Azərbaycan" tamamlayır. 413 məzun bu şirkətdə müxtəlif işləri görür.
Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır.
Ümumilikdə işlə təmin olunan məzunların 87,7 faizi özəl, 12,3 faizi isə dövlət sektorunda çalışır.
P.S: Platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Şərhlər
Bu yaxınlarda möhtərəm Prezident televiziyada söylədi ki.iş yerləri nə qədər istəsəniz tikintidə,marketlərdə var.Sadəcə gənclərimiz tənbəldir.İşləmək istəmirlər.Bunu duymadınız???...
Azərbaycanda təhsilin dövlət nəzarətindən kənarda qaldığını,bu sahənin özbaşına buraxıldığını bir neçə faktla sübut etmək olar:
1. Orta məktəblərdə bir sinifdə olan şagird sayını (40-45 ). Bir müəllim 45 dəqiqədə hansı şagirdlə ünsiyyətdə ila bilər və ansı mövzun onlara çatdıra bilər?
2. Dövlət sifarişin uyğun universitetlərə qəbul planının tərtibi və universitetərdə qəbulların sayı necə formalaşıb?Niyə hər il əbul balları aşağı salınır?Bu h bu suallara ansı ehtiyacdan doğur7niyə niversitt bitirən gənclər isiz qalır?
Bu sualların cavabı bütün valideyinləri düşündürür.Hökumətdən cavab gözləyirik.
mən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasını bitirmişəm, mənim kimi yüzlərlə BDU məzunları vardır, onarın heç biri Xarici İşlər NAzilriyində iş tapa bilmir, ancaq Xarici Dillər İnsitutu, dil-ədəbiyyat ixitisaini bitrmişlər orada iş tapırlar. Bu necə olur?!
Mükəmməl təhsil baası,tədris olunan ixtisaslara uyğun inkanları olmayan universitetlər bağlanmalıdır.Gənclərin həyatının 4 ilini oğurlamaq,sonra onları həyatı boyu tədirgin həyat sürməyə məcbur etmk ölkənin gələcəyinə böyük zərbədir.Gənc universitetdəaldığı ixtisas üzrə yetişməli.dövlətin vəxalqın işinəyaramalıdır.Market vəbazarlara niversitet diplomlu gəncrinişə dəvəti yolverilmədir vəgələcəyini sualaltına qoyur.bunu anlamaqvacibdir.
Universitetlərin mütəxəssis yetişdirmələri keçən əsrin əvvəllərində qalıb.indi sadəcə diplom paylanır.Təhsilin səviyyəsinin aşağılığını və məzunların savadsız buraxıldığını bilən sahibkar onları işlə təmin etməyə ehtiyatla yanaşır.
Hamı lir və görür ki.universitetlərdə (hətta orta məktəblərdə) rüşvət tüğyan edir.Bunu hökumət görmür.bilmir? Bilmirsə niyə bilmir? Bilirsə niyə qarşısını almır?
Universitet diplomları ilə ixtisasa uyğun olmayan işlərdə çalışmağa məcbur qalmaq gəncliyin psixolojisinə mənfi təsir etdiyini unutmaq olmaz.sənaye profilli təhsilalmış gəncin bazarlarda vmarketlərdə çalışması doğru deyil.Bunu hakimiyyətdə düçünən varmı?l
Elm ilə iqtisadiyyat və idarəetmə arasında əlaqə olmayandan sonra hansı universitetlər bitməyib mənası da itir. İndi yüksək reytinqli və xarici universitetləri qurtaran gənclərdən bəzisi indiki hakimiyyətin əsas görəvli yerlərindədir. Dəyişə biləcəkləri isə tək bir şeydir: özlərindən əvvəlkilərin ölənlərinə söyüşləri rəhmətlə əvəzləyə bilmələri.
Molades
Ali təhsilin səviyyəsi. tədris olunan ixtisaslar ölkənin tələbatı nəzərə alınmaqla planlaşdırılmalı və nəzartdə saxlanılmalıdır.göz yumaraq universtet sayı artırmaq,qəbul planını lazımından artıq hesablamaq olduqca yanlış olmaqlaneqativ halların artmasına.təhsil səviyyəsinin aşağı olmasına və qəbul planının artırılması isə gənclərin universitet bitirdikdən sonra işsiz qalmasına səbb olan ciddi amildir.Hakimiyyət bunu nəzərə almalıdır.Universitet bitirən gənc müvafiq iş yerinə təyinatla təmin edlməlidir.
Mükəmməl araşdırma.Modern.azın Arifə Kərimzadə adlı jurnalistinin araştırması
On I’ll bundan once muellimler institutunun rectory filiallarin baglanmasi meselesini qaldiranda one topa tutdular.Amma o Cox haqli idi
Qanunla yeni Dövlət Cəmiyyətin artan tələbatları və onu tam ödəyəcək iqtisadi-hesabatlı istehsal münasibətləri hüququ statusuna formalaşıb! Vaxtilə (1980) AzAli Sovet sədrinin *gələn beş ilə daha əlavə 80 min müəllimə ehtiyac* iddiasına Mərkəzi dövlət nümayəndəsi *bu qədər müəllimi hansı məktəblərə təyin edəsəksiniz?* tərs-sualı ilə cavab vermişdi.
Diplomlu işsizlərin rekord vurduğu analoqusuz neft ölkəsi olan yazıq vətənimin dilənçi gəncləri dözün, bizim heç yorğanımız da olmasa biz dözümlü xalqıx, 65 yaşınadək dözün. Hər şey yaxşı olacaq. Dözə bilməsəniz də lap elə cəhənnəmə ki, dözməyəcəksiniz... Dözməsəniz nolacaq ki? Deyirəm dözün, deməli dözməlisiniz. Vəssalam....
Hökuimiz öz möhürü ilə verdiyi diplomlara on illərdir tüpürür öz Dövlət sənədini tanımır. Ölkə başdan-başa imtahanlar diyarına çevrilib. Özünü tanımayan dövlətin adı nə? Ulu Öndərimiz beləmi vəsiyyət etmişdi? Əsla yox... Və ya on illərdir sertkasiya deyib imtahanlar keçirdik.. Faydası nə oldu? Nə dəyişdi? İşsizlik, hakimiyyətdən narazılıq, sahələrin bərbad günə düşməsi. Bir dövlətin böyük bir sahəsi deyil bir xanımın imtahanlarının quyruğuna bağlanıb məhv edildi..
Kiçik bir ölkədə 34 universitet olar? Bu lap kolbasa sexidir ki. Universitetlərin sayı çox, təhsilin keyfiyyəti yox? Bəyəm supermarketdə işləmək üçün universitet bitirmək lazımdır?
Mükəmməl statistik nəticə aparmısız!
En dehşetli fakt odur ki, mezunlar iqtissdiyyatın aparıcı sahesi olan senste müessiselerine bir nefer olsun ile qebul olunmayıb.Mentiqle bele melum olur ki ölkede senate müessiseleri ile salınmur kç bu geleceyin iqtisadi faciesinden xeber verir