Menu

TÖVLƏ, HİN TİKMƏK İCAZƏLİ OLACAQ... - İlin əvvəlindən yeni qaydalar qüvvəyə minib

12.01.2026, 21:27
TÖVLƏ, HİN TİKMƏK İCAZƏLİ OLACAQ... - İlin əvvəlindən yeni qaydalar qüvvəyə minib

Rövşən Ağayev: “Gərəksiz bürokratik bir mexanizm yaradılır...”

Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən əhali öz həyətində tikəcəyi, hündürlüyü 3 metri, sahəsi 100 kv/metri ötən yardımçı binaların tikintisi üçün yerli icra hakmiyyətlərindən icazə almalıdır.

Yeni qaydaları şərh edən iqtisadçı Rövşən Ağayev bildirir ki, Azərbaycan təcrübəsində icazənin necə bir vasitə olduğunu hər kəs yaxşı bilir:“Maraqlı olan başqa məsələdir: Azərbaycan Avropa deyil, hətta Türkiyə deyil ki, belə icazəni yaşadığı ərazini tərk eləmədən özünün səs verdiyi seçkili orqandan və şəxsdən alsın. Əhalinin səsindən asılı olan, həm də idarə elədiyi ərazidə iqtisadi inkişafda maraqlı olan yerli özünüidarə orqanları bu məsələni kimsəyə problem yaratmadan həll edirlər.

Üstəlik, Azərbaycan məhz bu icazə məsələsində təcrübəsinə istinad edilən Avropdan fərqli olaraq kənd təsərrüfatında sənaye tipli istehsal miqyasına nail ola bilməyib. Bu ölkələrdə məşğul əhainin maksimum 2-3%-i fermerdir, orta torpaq ölçüsü və heyvan sayı bizdən on dəfələrlə çoxdur, fermerçilik gəlir gətirən sahibkarlığın bir formasıdır”.

İqtisadçı deyir ki, Azərbaycanda bəzi rayonlarda məşğul əhalinin 60-62%-i aqrar sektorda çalışır. Onun sözlərinə görə, fermerçilik sahibkarlıq fəaliyyəti yox, öz fizioloji mövcudluğunu qorumaq üçün məşğuliyyətdir:“Torpaq payı olan ailə təsərrüfatlarının ən azı 75-80%-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların orta ölçüsü 2 hektardan azdır. Bu torpaqlar ən yaxşı halda ya heyvanlar üçün ot-yem istehsalı üçün, ya da texniki və ya tərəvəz bitkilərinin becərilməsi üçün istifadə edilir. Yəni ailə təsərrüfatları istehsal üçün tıkinti və qurğuları bilavasitə özlərinin həyatyanı sahələrində yaradırlar”.

R.Ağayev vurğulayır ki, indi də hökumət, məsələn, 101 kv/metr toyuq hininin və ya maltövləsinin tikintisi üçün gərəksiz bürokratik bir mexanizm yaradır.

“Yenə deyirəm, sənaye tipli istehsal üçün bəlkə də bunu anlamaq olardı. Məhz bu cür istehsal üçün obyektiv meyarlar müəyyən edilə bilər. Məsələn, hətəyyanı sahədə 200-250 başdan artıq xırda baş, 20-25 başdan artıq iribuynuzlu, 500-dən artıq quş üçün tələb olunan tikinti sahəsini sənaye istehsalı üçün məqbul hesab etmək olardı. Bu isə ən azı 500 kv/metr tikinti sahəsini tələb edə bilər.Amma dur 101 kv/metr toyuq hinini tikən ailə təsərrüfatını göndər icazə almağa. Bilə-bilə ki, bu icazə deyil, vətəndaşı narazı salmaqdır”, - iqtisadçı təssüflə qeyd edir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Cavad Cabbarlı 2026-01-15 00:29:31

İcrada işləyen qudalar üçün yuxarıdakı qudaların rüşvet almaq üçün çıxardığı yeni "çörey ağacı"qanunu.

Mıkı 2026-01-15 00:05:59

belə ölkə olar?

Röşən 2026-01-14 23:52:48

Yenədə rüşvətə yol axtarırlar

İra 2026-01-14 23:34:03

Yazıq kəndli onunda cörəyinə göz dikfiniz

Yarali ürek 2026-01-14 23:24:15

Bic bala yiğini gelib toyuğlarin.... göresiz normadan artiq yumurtlayirlar ya yox! Onada rüşvet yazarsiz onsuzda dilençiden betersiz!

Aydan 2026-01-14 23:19:44

Mənim nə evim var nə torpağım Niyə marağlanmırlar iki oğul böyüdürəm onun bunun evində Yaxşı olar ki millətə kömək edələr zülüm yox

Asəf 2026-01-14 21:47:02

Bizdə köhnə hamam köhnə tas deyək ...

Mikayıl 2026-01-14 21:18:00

Bu şəxsi mülkiyyət haqqında qanuna ziddir. Həyətyanı torpaq sahəsi vətəndaşın şəxsi mülkiyyətidir.

Mikayıl 2026-01-14 21:14:54

Şəxsi mülkiyyət haqqında qanuna zidd olan qərardır. Həyətyanı torpaq sahəsi vətəndaşın şəxsi mülkiyyətidir.

Aqil 2026-01-14 21:04:39

Rüşvət

Fariz 2026-01-14 20:51:33

Bəh bəh bəh ay ALLAH HEC XEYİR VERMƏSİN

Sssss 2026-01-14 20:50:55

Heç ne tikmirem heç ne saxlamıram oturacam evde getirin pul verin yaşayım

Oxucu 2026-01-14 20:10:33

Allah rəhmət eləsin Baba Pünhana. Düz deyir qardaş, Allah köməyimiz olsun

Vaqif 2026-01-14 18:03:30

Qəqiq demirlər 100kv.m.HİN içəridən ,yoxsa bayır tərəfdən hesablanır.

Aaa 2026-01-14 17:30:29

Yəni gedib pul verməliyik bunun başqa adı yoxdu yada var tikliş getməsin deyə bunlar xalq düşməni

Cavid 2026-01-14 16:49:17

Rüşvete yol açıb şerait yaradırlar, sonrada deyirler,,biz rüşvetle mübarize edirik ".

Fərmail 2026-01-14 10:04:36

Allah belanızı versin

Telman 2026-01-14 09:41:14

Buda rüşvət yığmağın birnövüdür.Heç bir qurum rüşvət almadan icazə verməyəcək.

Abbas qulamov 2026-01-14 07:42:05

Ayibdir vallah utanin besdirin .soyulmekden bezmediz .yatib yuxuda gordyklerinize agziniza geleni danisirsiz .saxta teputatlar tatmaqdan basqa ne bilirsiz ki

Fərid. 2026-01-14 06:42:29

Mınim həyətində 10kvm,maqazin tikmişəm onada icazə almalıyam

rəsul 2026-01-14 06:35:18

belə yaşayış olmaz imkan vermirlər kasıb nəise etsin pul yığmaqdır bunun adı.

Cnn 2026-01-14 06:26:19

Belə qərarlar ancaq bizdə ola bilər

Rizvan X. 2026-01-14 04:43:55

Onsuz da daşı daş üstünə qoymaqçun Məşədi İbad kimi kisənin ağzını açmalı olursan.

Rauf 2026-01-14 02:33:41

Sözün bitdiyi yerdi

Simavar 2026-01-13 23:04:24

:)

Azər İnam. 2026-01-13 22:23:25

Allah gözünüzü doydursun.Bəsdi insanların qanını içdiniz.Nə vaxta qədər rüşvətlə icazə verəcəksiniz.Bu qanunu çıxarmaq üçün pul yıgıb veriblər.

Kəndci 2026-01-13 22:14:41

Belə əngəlləri aradan qaldırmaq əvəzinə daha da çətinləşdirirlər

Faiq 2026-01-13 22:12:08

Rüşvətsiz icazə veriləcəyinə inanmaq olarmı?

Müreste 2026-01-13 22:10:08

Menim torpaqlm var imkanlm yoxdu tikem icaze vermezler kiraye qallram 407 maaşla ev tikmek olar

Cərqutay 2026-01-13 21:18:44

Allah sizi millətin üzərindən yox eləsin!

Mamed 2026-01-13 20:46:59

Təzə söyüş bilən varmı?

Ramin 2026-01-13 19:48:13

Oxumağım utandım

Vətənin-daşı 2026-01-13 19:04:29

Atı atın yanına bağlayanda, həm rəng olmasada həm xasiyyət olarmış!!

Orxan Kərim 2026-01-13 19:00:36

Məqsədiniz nədir bilmək olar,cənablar? Bu qayda qanun nədir belə,Dədə baba üsulu bəlkə,Yerdən qazmalar eləyək??

Xəyal Azəri 2026-01-13 18:02:58

Yeni-Yeni qanunların çıxması təqdirəlayiqdi

Ədalət 2026-01-13 13:24:20

Rüşvət mənbəyi

Aqil 2026-01-13 09:51:12

Əhali ilə hakimiyyət və hökumət arasında düşmənçilik toxumu səpən korrupsioner,rüşvətxor harın məmurlar növbəti gəlir mənbəyi kəşf etdilər.

Rrr 2026-01-13 05:25:57

Ele bir , qesden bele qanunlar yazilir )))

Oxucu. 2026-01-12 23:23:46

Bizim xarici siyasətimiz doğurdanda əvəz edilməzdir amma bunu daxili siyasətə şamil etmək düzgün sayılmaz,doğurdanda ölkə daxilində məmurlar tərəfində həsiz bürokratiyanı geniçləndirlər...

Kəndli 2026-01-12 23:07:43

Bunu hansı "ağıllı" düşündü? Rüşvət???

Azad Aydın 2026-01-12 21:05:18

Baba Pünhan demişkən "Ata atdır, ,sata satdir,Bata batdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol