Menu

ABŞ-nin bu ölkələrdəki hərbi bazaları vurulacaq - İran təhdidlərə cavab verdi

14.01.2026, 21:22
ABŞ-nin bu ölkələrdəki hərbi bazaları  vurulacaq - İran təhdidlərə cavab verdi

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-nin region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Belə ki, ABŞ-dən gələn “çox sərt tədbirlər görüləcək” təhdidinə İran tərəfindən gecikmədən cavab verilib.

"Reuters" agentliyinə danışan və adının açıqlanmasını istəməyən yüksək rütbəli iranlı rəsmi bildirib ki, ABŞ İranı hədəf alacağı təqdirdə, region ölkələrində yerləşən Amerika hərbi bazaları vurulacaq. Onun sözlərinə görə, Tehran bu mesajı birbaşa Vaşinqtona və region paytaxtlarına çatdırıb.

Məlumata əsasən, İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də daxil olmaqla bir sıra region ölkələri ilə təmaslara girərək, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsinin qarşısının alınmasını istəyib. İranlı rəsmi xəbərdarlıq edib ki, ABŞ hücuma keçərsə, həmin ölkələrdə ev sahibliyi edilən Amerika hərbi obyektləri legitim hədəfə çevriləcək.

ABŞ-nin Yaxın Şərqdəki əsas hərbi mövcudluğu sırasında Bəhreyndə yerləşən 5-ci Donanmanın qərargahı və Qətərdəki El-Udeyd Hava Bazası xüsusi yer tutur. Xatırladaq ki, İran ötən il nüvə obyektlərinə endirilən ABŞ hava zərbələrinə cavab olaraq El-Udeyd bazasını raketlərlə hədəf almışdı.

"AzPolitika.info"

Şərhlər

Xəyal Azəri 2026-01-15 10:06:34

Bu iran parçalanmalıdı daxilindəki xalqlar dövlət qurmalıdı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol