Menu

Rektor əvəzi niyə professor elmi adından məhrum edilib? - AAK səbəbini açıqladı

14.01.2026, 21:26
Rektor əvəzi niyə professor elmi adından məhrum edilib? - AAK səbəbini açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb.

Bu barədə Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsi ilə bağlı xəbərlər yayılmışdı.

Şərhlər

Sədaqət Fətullayeva 2026-01-15 11:16:44

Məncə bu, arxasında kiminsə durduğu qaralama kompaniyasıdır, sürətli əsassız paylaşımlar bunu bir daha sübut edir!

Sahib 2026-01-15 11:05:44

Hansı prosedur qaydalarının pozulduğu niyə açıqlanmır? Belə üsulla istənilən adamı elmi addan da elmi dərəcədən də məhrum etmək olar. AAK-da hər il məqsədli şəkildə qanun pozuntuları olur, saxta elmi adlar və elmi dərəcələr verilir. Bunlar barədə niyə danışmırsınız? Deməli yeni təzyiq üsulu tapıblar, yəni özləri üçün arzuolunmaz hər hansı şəxsin elmi dərəcəsini və ya elmi adını ləğv edib qondarma səbəb olaraq nə zamansa guya baş vermiş qayda pozuntusunu göstərə bilərlər.

Şahin 2026-01-15 05:59:58

AAK korrupsiya yuvasıdır. Bu qurum ləğv olunmalıdır.

R 2026-01-15 00:45:48

Bilmədiyiniz məsələ barədə fikir bildirməyin. Pofessor və dosent elmi adlardır, fəlsəfə doktoru və elmlər doktoru isə elmi dərəcələrdir.

Oxucu 2026-01-15 00:23:32

Bu hələ də EATDA-da direktor müavini və SDU-da rektor olaraq qalır? Elm və Təhsil Nazirliyi hara baxır?

Тələt 2026-01-15 00:11:27

Əminaga müəllim cox vicdanlı insandır

Hamdi 2026-01-14 23:28:31

Mən çox təssüf edirəm bu düşuncesiz yeni heyvan beyinili o insana ki elə ziyalı bir müəllimə qarşi belə qərar qəbul edib .Yəqin ki o qərarı qəbul edən erməni ilə nəsə qatışığı var bizim millətimizin savadlı olmasını istəmirlər.

sadiq 2026-01-14 21:10:26

siz komissiyada bu professor adini verəndə görmürdünüz ki prosedur pozulub ? bəlkə özünüz qəsdən pozmuşsunuz

Nəsibov 2026-01-14 20:07:52

Ay millət, professor elmi ad deyil.Professor uzun müddət səmərəli pedaoji fəaliyyət göstərən elmi adı olan (elmlər namizədivəya elmlər doktoru ) müəllimlərə verilir.Bu ad pedaqoji fəaliyyətə görə verilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol