Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncamla bu vəzifə Azər Bayramova həvalə olunub.
Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000 - 2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olub.
2004-cü ildən Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri idi.
Qeyd edək ki, A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışırdı. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Şərhlər
Ceyhun Bayram ovun nə savadı var, nədəki bacarığı. Ceyhun hələ Təhsil Nazirliyində işləyəndə heç adamı qəbul eləmirdi. İndi nə oldu
Təcrübəli mütəxəssisdir.
Təbrik edirəm...!Vətən üçün dəyərli vətəndaşdir.
Ceyhun Bayramovun qardasinnan basqa adam yoxdu bu olkede.cetin duzelek
Azər müəllimin yüksək səviyyəli iqtisadçı kimi qabiliyyəti, bacarığı, habelə əsil vətənpərvərliyi, alicənablığı, insanpərvərliyi ilə yalnız fəxr etmək olar.
indi bu adam iqtisadçıdı.yoxsa hüquqçu? Bir əldə iki daş necə tutmaq olar? Deməli ilk təhsil yalan olub? insan yalnız bir istiqamətdə irəliləyə bilər.İki dovşan dalınca qaçanlar eçbirini tuta bilmir.Bəs Azər bəyin valideynləri Bakıda nəzamanpeyda olublar?
Bir qayda olataq Azərbaycanda vəzifəlilərin.hətta dövlət idarə orqanlarına təyin edilənlərin tərcümryi halını dəqiq yazılsa onların bir hissəsinin qarışıq milliıətolduğu ,həqiqi hərbi xidmətdən yayındıqları bəlli olar.Ona görə Azərbaycanda azərbaycan türkünün həyatı ağırlaşıb.
miletin qanin icenleri bu gun ermenistana tefil verdiler bu qeder oyun neye lazim idi alcaqlar ara yerde qardasim qardasim kimi oglanlari sehid verdik
Yenə də tanışlıq, qohumbazlıqla vızifəyə çəkilmə. Ona görədə bu ölkədə iqtisadi inkişaf yoxdur. Budur Azərbaycanın reallığı.