Menu

Rusiyaya daha bir neft zərbəsi - Qiymət həddi bir qədər də endirildi

15.01.2026, 11:11
Rusiyaya daha bir neft zərbəsi - Qiymət həddi bir qədər də endirildi

Avropa İttifaqı Şurasının qərarına əsasən, fevralın 1-dən etibarən Rusiya neftinin müəyyən edilmiş qiymət həddi bir barel üçün 44,1 dollara endiriləcək.

“AzPolitika” xəbər verir ki, əvvəl, 2022-ci ilin sonunda qiymət həddi bir barel üçün 60 dollar olaraq müəyyən edilmişdi, lakin 2025-ci ilin payızında bu hədd 47,60 dollara endirildi. Həmin qiymət həddi 31 yanvar tarixinə qədər qüvvədədir.

Məlum olduğu kimi, Rusiyanın Ukraynada davam edən təcavüzü fonunda Qərb ölkələri Rusiya xam neftinə qiymət həddi tətbiq etmək qərarına gəliblər. 2023-cü ilin fevral ayından məhdudiyyətlər təkcə neft deyil, neft məhsullarına da şamil edilib.

Ötən ilin dekabr ayında isə G7 ölkələri və Avropa Birliyi ümumiyyətlə, Rusiya neftinin dənizlə nəqlinə tam qadağa qoyulmasını müzakirə etməyə başlayıb.

“AzPolitika.info”

Şərhlər

Xəyal Azəri 2026-01-15 13:55:00

Rusiya Gərəy tez parçalansın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol