Menu

Ermənilərdən əsir götürülən kəşfiyyatçı ilə bağlı AÇIQLAMA

27.12.2014, 15:23
Ermənilərdən əsir götürülən kəşfiyyatçı ilə bağlı AÇIQLAMA

AzPolitika.info-nun məlumatına görə, Dağlıq Qarabağ rejimi Arsen Eduardoviç Baqdasaryan adlı hərbçinin həqiqətən də müqavilə əsasında hərbi hissələrdən birində xidmət etdiyini təsdiqləyib.

Ancaq qarşı tərəf guya muzdlunun nizam-intizam qaydalarını pozduğu üçün vəzifəsindən müvəqqəti olaraq azad edildiyini deyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı məlumatda düşmənin kəşfiyyat-təxribat qrupunun üzvünün ələ keçirildiyini bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol