Menu

“İş yerləri ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar” - Milli Məclisin komitə sədri

16.01.2026, 16:52
“İş yerləri ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar” -   Milli Məclisin komitə sədri

“İş yerlərinin açılması ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar. Deyirlər Qarabağda və Şərqi Zəngəzurda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməsin?!”

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova bildirib.

“Azərbaycanda bütün infrastruktur yaranıb, yollar gözəldir. Siz Qərb ölkələrini görsəniz... Fransada yaşayan gəlib İsveçrədə işləyir. Nəyə görə? Çünki iş yerləri açılıb, imkanlar verilib və s. Niyə görə onlar bunu edirlər, bizimkilər edə bilmirlər? Niyə hər dəfə nəyisə tapıb nöqsan kimi göstərmək istəyirlər?”, - komitə sədri əlavə edib.

Şərhlər

Hasil 2026-01-17 00:52:20

Bu hakimiyyət dövründə heç bir zavod və fabrik açılmayacaq. Açılan iş yerləridə mövsumi xarakter daşıyır. İşsizlərin sayı isə gizlədilir ki, guya bizdə hər şey qaydasındadlr.
Məqsəd odur ki, bu ölkəyə hər şey xaricdən gəlməlidir. Gömrükdə yığılan pullar hakimiyyətdəkilərin ciblərinə getsin.

Sahib 2026-01-16 19:53:17

Bu komitə sədrinin deyəsən reallıqdan xəbəri yoxdur. Özləri milyonlar içində üzürlər, vətəndaşların vəziyyətindən isə anlayışları yoxdur.

Hicran xanıma 2026-01-16 17:50:23

Bu ağılda olan komitə sədrndən nə gözləyəsən?Adam anlaya bilmr ki. Qarabağda.Zəngəurda yaranan işyerlərioraların əhakisinin məşğulluğunu təmin etmək üçündür.Vətəndaş yaşadığı evi,ailəsini atıb oralara işə getməlidir?Nə üçün universitet diplomli gənc tikintifə fəhə vəya marketlrdəsatıcı.fəhlə işləməlidir? Niyə dövlət hətta Sovetlərdən qalan iri zavod.kombinatları dağıdıb yerində heç nə yaratmadı? Mllət vəkili belə məsələləri aldırmalı və xalqı düşünməlidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol