Azərbaycanın idxaldan asılılığı o həddə çatıb ki, artıq ölkəmiz ənənəvi olaraq ixrac etdiyi bəzi məhsulları belə xaricdən almağa başlayıb. Bunların arasında bir vaxtlar Abşeron yarımadasında kütləvi şəkildə becərilən və daha çox Rusiyaya aparılan qərənfil də var…
“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərlinin paylaşımında deyilir: “Millət, gözümüz aydın olsun, Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb – 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib.
Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib.
Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir. Əsas məsələ odur ki, SSRİ dövründə 270 milyonluq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq. Çünki, daxili istehsal sərfəli deyil, hökumət elə “gözəl” şərait “yaradıb” ki, ölkədə istehsalla, əkin-biçinlə məşğul olmaq gəlirli deyil...”
“AzPolitika.info”

Şərhlər
ölkədə bacarıqlı iqtisadi komanda təəssüf ki yoxdur
Fəal İqtisadçı illərlə milyonlar, milyardlar məbləğində istehsalı ölkəmizdə mümkün belə malların idxalından xəbərsizmiş? AzSSRdən qalma Sənaye və Kənd istehsal potensialının amansız məhvini müşahidə etmiş xarici liderlər *neft, sərvət gəlirlərini yeni qəti istehsala şaxələndirin* tövsiyəsi verirdilər. İri maliyyə hər Kəsi xərləmə ehtirasına gətirir və Hökumətin ölkə boyu bütün tələbatlar üzrə ixtisaslı işi belə yada düşmür?
Hər sahəyə sədaqətli adam yox - öz ixtisası üzrə kadrlar təyin etmək çox problemləri həll edərdi... təəssüf ki vampir kadrlar mən prezidentə sadiqəm deyib xalqın qanını içirlər.. onlardan tələb edən də yoxdur ki ay bədbəxt sən xalqına sadiq olmalısan.
Bu hökumət elə düşünür.Görmürsünüz ki.pambıq ölkəsi alt paltararını da xaricdən alır..Qərənfil nəsir ki? Azərbaycan ixaldan asılı edilib.İqtisafiyyat ölüb.Amma Cabbarova bax.gör necə təkəbbürlü gəzir.Sanki iqtisadiyyatdan nəsə anlayır.Hakimiyyət niyə buna dözür?