Menu

Metroda sərnişin öldü - Səbəbi AÇIQLANDI

17.01.2026, 13:38
Metroda sərnişin öldü - Səbəbi AÇIQLANDI

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib.

Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, bu gün saat 11:30 radələrində Mərkəzə “20 Yanvar” stansiyasının platformasında bir nəfərin halının pisləşməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Şərhlər

ölü canlar 2026-01-18 03:34:00

bakıda metro bir cəhənnəmdir, biz sərnişinlər isə onun sakini... Əcəmi.... 20 yanvar, 28 may və digər stasniya-xarabalar... insnalara metroda tamaş edəndə sanki ölmüş insanlara tamaş edirsən... bu ölmüş insanları hökumətləbağlayan bir iki şey qalıb, ucuz çörək, makaron, bir də metro...

Vəli 2026-01-17 14:14:56

Yəqin eşidib ki, metroda gediş haqqı qalxacaq, ürəyi dözməyib...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol