Menu

Minimum əmək haqqı anlayışı dəyişdirildi

17.01.2026, 21:26
Minimum əmək haqqı anlayışı dəyişdirildi

Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi.

Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab ediləcək.

Şərhlər

Zulfiyye 2026-01-20 17:41:40

Salam men subukeci iwleyirem kirede qaliram gozumu iwlediyim pula dikmiwem hecne artira bilmirem kirelerde bezmiwem ayliq mayiw meni gormur birni tapanda birini tapa bilmirem

Zulfiyye 2026-01-20 17:37:25

Salam men subukeci iwleyirem kirede qaliram gozumu iwlediyim pula dikmiwem hecne artira bilmirem kirelerde bezmiwem ayliq mayiw meni gormur birni tapanda birini tapa bilmirem

Təqaüdçü 2026-01-18 12:02:07

Minimum və orta əmək haqqı,təqaüd termini aldadıcı və yanlış termin olduğundan bu məsələdə aşağı vəyüksək maaş.təqaüd terminləri işlədilməidir.Çünki birinə 4000 manat.digərinə 230manat təqaüd təyin edib.sonra orta rəqəm çıxarıb həm haimiyyəti və həm də xalqı aldatmağın mənası çox qaranlıqdır.Aldadıçı terminlər gündəlikdən çıxarılmalı və daha konkret vəanlayşlı terminlər işədilməlıdir.

Oxucu. 2026-01-17 22:51:34

Deyilirki,bundan sonra 100,200 lap istəsələr 50 man aylıq əmək haqqı verə biləcəklər,əvvəllər minimum əmək haqqı misal üçün 500 man idisə işçiyə 500 man aşağı aylıq əmək haqqı verə bilməzdilər,görünür yuxarı qağalarımız üçün minimum əmək haqqı sərf etmədiyinə görə bu varianta keçiblər,buna deyirlər Allah mübarək eləsin.

Mubariz 2026-01-17 20:41:36

Mən Tarix Nadir kitabını yarısını oxumuşam ,amma belə erməni -budaq cümləsini başa düşə bilmədim,başa düşən başa düşməyənləri başa salsın

Mühasib 2026-01-17 18:31:42

Eyni zamanda orta əmək haqqı,orta pensiya anlayışları da aradan götürülmlidir.Çünki bu göstəricilərlə manipulyasiyalar böyük anlaşılmazlıqlar və narazılıqlar yaradır.

Zaur 2026-01-17 16:50:53

Eşi minimum, maksimum. Ne dexli var ki? Millete normal maaş, pensiya verin de. Camaat borc-xerc ,zulm içindedir. Her şey baha. En azi 2 defe çox olmalidir ayliq mevacibler ki, yemeye, dermana çatsin. O biri şeyleri qoyaq kenara hele...

Vəli 2026-01-17 16:39:14

Xalq televizora gözlərini döyə-döyə baxaraq minimum əmək haqqının artırılmasını gözləyir, bunlar da xalqın qulağına lapşa asaraq minimum əmək haqqının anlamını dəyişirlər. Hə anlamı dəyişdiniz, xalqımız da şükür hər şeyi anlayan, qanandlr. İndi nolsun? Acın qarnımı doydumu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol