Menu

ADİU-da tədbir keçirilib

27.12.2014, 16:45
ADİU-da tədbir keçirilib

Dekabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilib.

ADİU-nun Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov tədbiri giriş sözü ilə açaraq universitetin rektoru, professor Ədalət Muradovun təbriklərini professor-müəllim heyəti və tələbələri çatdırıb. D.Bağırov bildirib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir.

Sonra YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək bildirib ki, Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir.

Sonra tədbir tanınmış incəsənət ustalarının və ADİU tələbələrinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol