Menu

İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Bacısından açıqlama

19.01.2026, 11:01
İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Bacısından açıqlama

Təhlükəsizlik sahəsi üzrə tanınmış ekspert, polkovnik İlham İsmayıl Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına yerləşdirilib.

Bu barədə onun bacısı Bəsti İsmayıl “AzPolitika”-ya məlumat verib. O, bildirib ki, qardaşı hazırda reanimasiyadadır, həkimlər İlham İsmayıla “daxili qanaxma” diaqnozu qoyublar.

B.İsmayılın sözlərinə görə, bu gün qardaşının durumu bəlli olacaq. “Dua edirik ki, İlham bəy tezliklə sağlığına qovuşsun, bu imtahandan sağ-salamat çıxsın”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol