Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Davos Forumu çərçivəsində Finlandiya Prezidenti Aleksandr Stubbla da görüşüb.

“AzPolitika” xəbər verir ki, A.Stubb daha sonra "The Washington Post" qəzetinə verdiyi müsahibədə Cənubi Qafqaz mövzusuna toxunub. 

O deyib ki, Cənubi Qafqaz və Orta Asiya üçün əsas təhlükəni Rusiya yaradır: "Expansionizm və imperializm hələ də Rusiyanın DNT-sində yerləşib. Düşünürəm ki, Putinin hərəkətverici qüvvəsi "Rus Dünyası", yəni böyük Rusiyadır ki, bu da mahiyyət etibarilə bir Rusiya, bir dil, bir din və bir lider deməkdir. O, hələ də Sovet İttifaqının dağılmasını böyük bir faciə kimi görür. Biz Qərbdə NATO üzvü olan Baltikyanı ölkələr, Finlandiya və Polşaya qarşı təhlükə haqqında çox danışırıq. Lakin, mənim fikrimcə, daha narahatedici aspekt Orta Asiya, Cənubi Qafqaz və digər bölgələrlə bağlıdır”.

“AzPolitika.info”