Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.
“AzPolitika” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.
Bundan əlavə, icra başçısının köməkçisi Aydın Xoçberov vəzifəsindən azad olunaraq, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə təyinat alıb.
Elxan Murtuzov sektor müdiri - baş mühasib vəzifəsindən azad olunub. O, yeni yaradılan İnzibati işlər sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsinə təyin edilib. Sektor müdiri - baş mühasib vəzifəsi isə vakansiyaya çıxarılıb.
Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova da vəzifəsindən azad olunaraq, hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin edilib. Sektor müdiri vəzifəsi vakansiyaya çıxarılıb.
Rayonun baş memarı Tahir Rəcəbov da vəzifəsindən azad edilib, yeni yaradılan Memarlıq-tikinti məsələləri sektoru sektor müdiri (baş memar) vəzifəsi vakant elan olunub.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova da vəzifəsindən azad edilib və şöbə sektora çevrilib, hazırda sektor müdiri vəzifəsi vakantdır.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi sektora çevrilib. Sektorun müdiri vəzifəsi vakansiyaya çıxarılıb.
Əvvəllər şöbəyə rəhbərlik edən Ağa Ağayev isə məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, RİH-də həyata keçirilən struktur dəyişikliyi nəticəsində daha bir neçə nəfər işdən çıxarılıb.
Xatırladaq ki, Natiq Ağayev ötən ilin sonunda 23 illik müavini Mehparə Nuriyevanı vəzifəsindən azad etmişdi.

Şərhlər
Kadr dəyişiklikləri müsbət nəticə verə biləcək İnşAllah. Natiq müəllim isini bilən adamdır
Düşünürəm ki, Balakəndə dahada aktiv fəaliyyət lazımdır.
Ele bil ölkede "Kadr siyaseti" adlı anlayış yoxdu.Her nazir,icra başçısı vezifeye gelen kimi dövlet siyaseti keçir arxa plana be başkayır kadr islahatları eynen SSRİ dövründe olduğu kimi.Ay qardaş axı Sizi bu vezifete. getiribler xalqa millete qullyq üçün ,bunlarsa ancaq şexsi maraqlarını güdürler Xalq da keçir 10- cu plana ???Ne ise.
Vsyo. Əla! Molodes! Fısqıriq! Bununla da bunun görəcəyi işlər bitdi. Buna qədər, bundan sonra, hazırda işləyən və həbsdə olan başçılar da eyni belə başlayıb-açar vəzifələrə öz adamların yerləşdirib, fizionomiyası xoş olmayanları işdən çıxarıb başlayır rayonu daramağa... Bunlar düzələn deyil baba...