Menu

İŞİD Liviya limanını partlatdı

27.12.2014, 19:05
İŞİD Liviya limanını partlatdı

Neft ixrac edən limanda döyüşlər zamanı19 nəfər həlak olub

IŞID-ə qoşulduğunu bəyan edən terrorçular Liviyada neft limanını partladıb.

ANS PRESS-in məlumatına görə, terrorçu yaraqlıların atdığı raketlərdən sonra neft limanında böyük yanğın başlanıb.

Ərazi üzərində nəzarəti ələ keçirmək istəyən İŞİD terrorçuları Liviya limanını katerdən atəşə tutublar.

Qeyd edilir ki, bu artıq bu həftə ərzində Liviyada neft limanına İŞİD üzvlərinin ikinci hücumudur. Dekabrın 25-də ilk hücüm zamanı raket neft limanlarından birində yerləşən tankerə düşmüşdü. Onu bir neçə günə bağlamışdılar. Limanda döyüşlər zamanı19 nəfər həlak olub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol