İsrail ordusunun Qəzza zolağında qətlə yetirdiyi insaların sayı 71 657 nəfərə çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin Qəzza zolağında 2023-cü ilin oktyabr ayından başlaya soyqırım siyasəti nəticəsində yaralıların sayı isə 171.399 nəfərə yüksəlib.

Qəzzanın infrastrukturunun 90 faizinin məhv edilib və yenidən qurulmasının təxminən 70 milyard dollar dəyərinə başa gələcəyi bildirilib.