Menu

60 MİN BOŞ İŞ YERİ HARDADIR? – Agentlik sədrinin müəmmalı açıqlaması

28.01.2026, 21:45
60 MİN BOŞ İŞ YERİ HARDADIR? – Agentlik sədrinin müəmmalı açıqlaması

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov dünən keçirdiyi mətbuat konfransında maraqlı rəqəmlər səsləndirib.

“AzPolitika” xəbər verir ki, H.Abbasovun xüsusilə də ölkədə 60 min aktiv vakansiyanın, yəni, boş iş yerinin olduğunu açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ondadır ki, “oxu atıb yayı gizlədən” agentlik sədri bu 60 min(!) boş iş yerinin hansı sahələrə aid olduğunu açıqlamayıb. Vətəndaşda isə haqlı olaraq sual yaranır ki, insanların işsizlikdən əziyyət çəkməsi, çox zaman fırıldaqçılıqla məşğul olan işəgötürmə firmaları tərəfindən aldadılması, iş üçün başqa ölkələrə üz tutması fonunda bu 60 min rəqəmi hardan çıxdı? Və əgər doğrudan da real olaraq bu qədər boş iş yeri varsa, nədən vətəndaşın bundan xəbəri yoxdur? Yaxud bu iş yerlərilə bağlı hansı şərtlər, hansı əməkhaqqı nəzərdə tutulur ki, onlar indiyə qədər boş qalıb? Təəssüf ki, agentlik sədri bu və digər suallara cavab verməyib, ya da ona bu barədə sual verən olmayıb…

Əslində, bu qədər boş iş yerinin olması bir neçə səbəblə bağlı ola bilər. Bunların arasında təklif ounan əməkhaqqının aşağı, iş şəraitinin isə ağır olması, vakant yerlərə uyğun ixtisaslı mütəxəssislərin olmaması və s. kimi səbəblər önə çıxa bilər. Təbii ki, başqa səbəblər də mümkündür. İstənilən halda, agentliyin belə bir rəqəmi səsləndirəndən sonra bununla bağlı ətraflı izahat verməsi və statistika açıqlaması zəruridir. Çünki bu qədər işsiz olan məmləkətdə 60 min boş iş yerinin olması və insanların bundan məlumatsız qalmasına, yaxud bu işlərlə təmin olunmamasına görə məsuliyyət daşıyanlardan biri də adı çəkilən agentlikdir…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Rasim 2026-01-29 21:14:11

Bu yazığın nə günahı var, əlinə nə verirlər onu da oxuyur. "Analoqu olmayan inkişaf"!

Şah 2026-01-29 21:10:18

600000ixtisardan sonra 60000 iş yeri?

Rr 2026-01-29 15:48:22

Bilirsiz ? Autizm xesteıiyi var,,,

Məhbubə 2026-01-29 15:38:41

Malades ! Hamını aldadıb,uşağda fərasətə bax....

Dilqəm Əliyev 2026-01-29 11:17:02

Ay yoldaş o 60 min boş iş yeri varsa 6 dəfə televiziyalarda elan verərdiz .Niyə vermədiniz reklama pulunuz çatmadı ?

Eldar 2026-01-29 08:46:42

Ayıb olsun

Ədalət 2026-01-29 04:13:31

Yalançı nin Allah bəlasin versin

Vətəndaş 2026-01-29 00:01:41

Əslində Abbasov düz deyir vakant iş yerləri var .di gəlki yüksək maaşlı iş yerlərinin şərtlərinə nəzər salsaq.görərikki hamısında minimum 1-3 ilə kimi iş təcrübəsi tələb olunur.Yaxşı sual olunur ali məktəbi yenicə bitirmiş tələbə təcrübəni haradan yığmalıdır?həə burda artıq xoruzun quyruğu görünür..

Elşən 2026-01-28 22:55:58

Bəli mən bilirəm ki, tək Xəzər Dəniz Gəmiçiliyi də bir gəmidə işçinin sayı 27 nəfərdən 15 nəfərə endirilib 200 gəmi var 12 nəfərdən 2400 nəfərin işdən çıxarılıb işsiz qalması bu işsizlik deyilmi

Oxucu 2026-01-28 20:51:28

100% fake məlumat. Nə üçün özünüz və DSMF barəsində belə mənfi rəy yaradırsınız ....

Безполитка 2026-01-28 19:57:31

Во время советского союза

sadiq 2026-01-28 18:59:44

bunlar özləri danışdıqları nağıllara inanırlarmı ?

Oxucu 2026-01-28 18:59:08

Boş iş yerləri haqqında məlumatları mətbuatda,radio-televiziyada yerləşdirməklə əhaliyə çatdırmaq olar.

OXUCU 2026-01-28 16:56:40

Görünür, hörmətli sədr saxta iş elanları və vakansiyaları cəmləyib bu qərara gəlmişdir

Azər 2026-01-28 16:20:05

Oğlum ali təhsillidir.nə vaxtdır iş axtarir.Hardadir o iş yerləri,əmək haqqı necədir Açıqlama ver də

İqtisadçı 2026-01-28 15:25:52

Yalanlara öyrəşdirilmiş məmurlar.yaanlarla idarə olunan məmləkət! İri Sənayes,iqtisadyyatı qəsdən qeyri millilər tərəfindən tam dağıdılmış.importdan 90 faizdən artq asılı olan ölkədə universitet diplomlu işsiz gənclər.

nemat 2026-01-28 14:18:22

sen canin bunun ozunnen xeberi varmi aglina geleni danisir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol