Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.
Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.
Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.
Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur. Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür.
Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib. Qeyd olunub ki, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.
Qeyd edək ki, Azad Məcidov hakim kimi fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərinə baxıb. O, son olaraq Mərkəzi Gömrük Hospitalı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.

Şərhlər
40 ilə yaxın fasiləsiz əmək stayım var, 2024-cü ildə əmək pensiyasına çıxanda Pensiya təminatı departamentinin müdiri eyvaz İsmayılov mənə 301 manat pensiya təyin edib. Müraclət edirsən DSMF baxan yoxdur !
Çox qəribə qanunlar var bu ölkədə adam 14 il yarım hakim işləyib DSMF deyir ki gərək 15 il işləyəsən sonra hakimlik pensiyası ala bilərsən. Yada deyirlər ki ayağının biri yoxdursa ona ayrı, ikisi yoxdursa ona ayrı məbləğ pensiya hesablanır. Adam sadəcə söz tapmır deməyə,qanunlara bax......
Böyük adamlar bir biriylə tərs düşərsə zərər çəkən hər zamam balaca adamıar olar.Allah axırımızı xeyir eləsin
Mən 18 ildi sosyal sənəd düzəldirəm, hər dəfə 1 bəhanə edib imtina edirlər.Allaha tapşırmışam oları.Oların da qızları, gəlinləri, xanımları sosiala ehtiyacdı olsunlar.Onuda məni kimi ala bilməsinlər.Amin
Bəs biz neyləyək aylığı evimizə gələn gəlir cəmi 393₼anatdır oda kriditə gedir yoldaşım da əlildir
Yaxşı sən qanunları bilirsən və tələb edirsən, bəs sadə vətəndaş neynasin, ən vacib olan peşələrdən biri Müəllimdi onların pensiyası 400 - 750 AZN arasıdır, bəs onlar neynasin onda
Vallah mən 4000 istəmirəm 800 AZN pensiya alsam şükür edərəm
Dünyanın bir çox ölkələrində hakimlər yüksək pensiya alır.
Bir insanın haqqını tələb etməsinə sevinirəm.Kaş ki Azərbaycan xalqının çoxu belə
Halal olsun
Nə bilim vallah, 4 uşaq böyüdürəm fəhləçiliklə. Niyə hamı özünü fikirləşir
Cəmiyyətin davamlılığı və rifahı yalnız bir peşə sahəsinin deyil, bütün işlərin birgə töhfəsi ilə mümkündür. Hakim ədaləti qoruyursa, müəllim bilik ötürür, həkim sağlamlığı təmin edir, təmizlik işçisi isə gündəlik həyatın təhlükəsiz və sağlam mühitini yaradır. Bu zəncirdə hər bir peşə digəri qədər vacibdir və biri olmadan digəri tam fəaliyyət göstərə bilməz. Ona görə də pensiya sistemində ciddi fərqlərin olması sosial ədalət prinsipinə ziddir. Pensiya insanların ömür boyu gördüyü işin cəmiyyətə verdiyi töhfənin qiymətləndirilməsi olmalıdır və bu töhfələr arasında uçurum yaratmaq, işlərin dəyərini süni şəkildə aşağı və ya yuxarı göstərmək deməkdir. Ədalətli pensiya sistemi bütün peşələrin bərabər əhəmiyyətini tanıyaraq, sosial həmrəyliyi gücləndirməlidir. Biri 5000, digəri 250 manat almamalıdır.
Kabinetdə isti yerdə cayı televizoru hər şeyi yanında kresloda oturan yüksək maaş yüksək pensiya alan vaxtı catanda 4000-7000 manat pensiya alır hələ bunada razılaşmır dağ dərədə tikintidə işləyəndə vaxtı catsa əgər oda alsın 300-400 manat pensiya. Budur ədalət? Budur qanun?
38 il əmək ştaşla 336m pensiya alıram.Biz nə edək bəs.
Salam kaşki mən onun 20%faizin alardım 59yaşım var hələ pensiya ala bilmirəm 3uşaqnan Allah Vüqar Bayramova nələt eləsin dərmanlarımı ala bilmirəm.
ONA GŎRE NARAZIDIR KI...BAŠQA HAKIMLER 8000 MANAT PENSIYA ALIR........NE YOXLAYAN VAR....NE IRAD BILDIREN....ƏMR QULLARIDIR.......HERESININ 7 ...8 MILYON MAL MŮLKŮ VAR.......
Alma məzlumun haqqını çıxar ahəstə ahəstə
Biz yazıq neyləyək,500 manat maaşla işləyirik,belə getsə pensiya ala bilməyəcəyik.Allah bizə də belə maaş yetirsin.
Hər kəs qazancin sağ canla xərsləsin.