Twitter sosial şəbəkəsində paylaşımları ilə gündəmə gələn "Fuat Avni" hesabının kimə məxsus olduğu araşdırılıb. Musavat.com-un məlumatına görə, "Fuat Avni" adlı hesab Türkiyədə baş verən kütləvi həbsləri əvvəlcədən xəbər verirdi.
Türkiyə təhlükəsizlik xidməti hesabı araşdıraraq, mühüm məlumatlar əldə edib. İddialara görə, həmin hesabı açan şəxs onu özü işlətmir və "Fuat Avni" hesabı 3 nəfər tərəfindən istifadə edilir.
Bu 3 nəfərin isə "Paralel dövlət"lə sıx əlaqədə olduğu bildirilir. İddialara görə, hesabı istifadə edənlərin dövlət orqanlarına sızdırılmış adamları var və kütləvi həbs xəbərini bu səbəbdən əvvəlcədən öyrənə biliblər.
Hesabın istifadəçiləri ilə bağlı məlumatların ABŞ-a qədər uzandığı da iddia olunur.


Şərhlər