Menu

“Bu təşkilatda iştirak etmirik” - Simonyan

03.02.2026, 16:50
“Bu təşkilatda iştirak etmirik” - Simonyan

Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla KTMT arasında münasibətlərin geri dönüş nöqtəsini keçdiyini bildirmişdi. Yəni, İrəvanın KTMT-yə qayıtmayacağına eyham vurmuşdu.

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri qiymətləndirməklə məşğuldur.

“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan “Factor.tv”-yə müsahibəsində İrəvanın KTMT ilə münasibətlərinə toxunub. 

O deyib ki, Ermənistanın hələ də rəsmən KTMT-nin üzvü olaraq qalmasına və təşkilat tərəfindən qəbul edilmiş bütün sənədləri imzalamasına baxmayaraq, KTMT-də heç bir formatda iştirak etmir: "Ermənistan heç bir prosesə daxil deyil və KTMT daxilindəki prosedurlarda heç bir formatda iştirak etmir".

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol