Amerikalı maliyyəçi Ceffri Epşteyn ətrafında yaranmış qalmaqal fonunda onun Azərbaycana gəlməsi və guya xarici işlər naziri kimi mənimlə görüşməsi tamamilə absurddur.
Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Epşteyn işi” ilə bağlı haqqında səslənən iddialara cavab verərkən deyib.
“ABŞ-dən Azərbaycana yüksək səviyyəli məmurlar, Konqres üzvləri gəldikdə mənim vəzifəm ondan ibarət idi ki, onlarla görüşüb, ölkəmizin mövqeyini onlara çatdırım. Bu təbii bir məsələdir. Onlar xahiş edirlər, nazir kimi də mən qəbul edirdim”, - deyə sabiq nazir bildirib.
Elmar Məmmədyarov Epşteynlə görüşmədiyini, onu tanımadığını, Azərbaycana gəlməsindən xəbərsiz olduğunu söyləyib :"Bu gün öyrəndim ki, belə bir şey olub. Jurnalistlər də soruşdu. Dedim, siz bilirsiniz ki, dəqiq odur? Guya gəlib bulvarda şəkillər paylaşıb, Bakını tərifləyib və s. Amma mənim bunlardan xəbərim olmayıb. Hətta jurnalistlərə dedim ki, bəlkə xəbəri Dövlət Sərhəd Xidmətindən dəqiqləşdirək? Doğrudan da o, bizim sərhədi keçib, ya yox? Çünki nazir kimi mən onu qəbul etməmişəm. Burada səviyyə məsələsi də var axı, Epşteyn kimdir ki, hansısa ölkənin xarici işlər naziri onu qəbul etsin?”.
"AzPolitika.info"

Şərhlər
SALAM , AZƏRBAYCAN MİLLƏTİM ÖNƏMLİ BİR MƏLUMATI BİLDİRMƏK İSTƏYİRƏM Kİ , AON İLLƏRDƏ QADINLARIN DÖVLƏTİMİZDƏ VƏZİFƏ VƏ YÜKSƏK VƏZİFƏYƏ VERİLMƏLƏRİ , Bİ İŞİNDƏ MƏQSƏDLİ ŞƏKİLDƏ TƏYİN OLUNMALARI , ƏSASLI ŞÜBHƏLİ VƏZİYYƏTDİR . ÇÜNKÜ EPİŞDEYN KİMİN DİGƏR TƏŞKİLATLAR , ÜMUMİYYƏTLƏ XARİCİ DÖVLƏTLƏRİN CASUS ŞƏBƏKƏLƏRİ ƏSASƏN QADINLARDAN İSTİFADƏ EDƏRƏK , ƏMƏLİYYAT APARDIQLARI DÖVLƏTLƏRDƏ MƏQSƏDİNƏ ÇATMAQ ÜÇÜNDÜR . SƏBƏB : QADINLARIN , QADINLIQ CİNSLƏRİNDƏN İSTİFADƏ EDƏRƏK MƏQSƏDƏ DAHA TEZ ÇATMAQ OLUNUR . XARİCDƏ TƏHSİL ALANLARIN 99 % BU RİSKDƏDİR .