Menu

İCRA BAŞÇISINA XANIM MÜAVİN TƏYİN EDİLDİ - FOTO

05.02.2026, 21:03
İCRA BAŞÇISINA XANIM MÜAVİN TƏYİN EDİLDİ - FOTO

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

“AzPolitika” xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.O, 2007-ci ildən icra hakimiyyətində işləyir və bu illər ərzində müxtəlif vəzifələrdə çalışıb.

Belə ki, M.Cavadova bu təyinadək başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində həmin vəzifə ləğv edilib.

İqtisadiyyat.az-ın məlumatına görə,1965-ci il təvəllüdlü M.Cavadova ali təhsilini Rusiyada alıb və ixtisasca mühəndis-mexanikdir. 

Qeyd edək ki, icra başçısının bir neçə ildir birinci müavini yox idi. 

Şərhlər

Elnur Vəliyev 2026-02-07 09:19:11

Aslanın erkəyi dişisi olmur.Şir həmişə şirdir..!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol