Moskvada Volokolamskoye şossesindəki yaşayış binasında naməlum şəxs Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinə istinadla məlumat yayılıb və qeyd olunub ki, general xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, 6 fevralda "hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxs generala bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb".

Qətl cəhdi və qanunsuz odlu silah qaçaqmalçılığı ittihamları ilə cinayət işi açılıb.

Qeyd olunur ki, Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi(QRU) rəsisinin birinci müavinidir. 2017-ci ildə Alekseyev "Rusiya Qəhrəmanı" adına layiq görülüb.

Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, qatil general-leytenantı Volokolamsk şossesindəki yaşayış binasının yanında gözləyib. Cinayət işi qətlə cəhd (RF CM-in 105-ci maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi) və silahın qanunsuz dövriyyəsi (222-ci maddənin 1-ci hissəsi) maddələri ilə başlanılıb.

“AzPolitika.info”