Bu gün şagirdin müəllimini güllələdiyi “İdrak” liseyinin binası həbsdə olan tanınmış iş adamına məxsusdur.
“AzPolitika” Baku.ws-ə istinadən xəbər verir ki, liseyin yerləşdiyi binanın sahibi iki ay əvvəl həbs edilən iş adamı Ruslan Eyyubovdur.
Xatırladaq ki, R.Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. O, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.
Qeyd edək ki, müəlliminə odlu silahla xəsarət yetirən 10-cu sinif şagirdi saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İstisna deyil ki, hər il təhsil haqqı kimi milyonlarla manat pul toplayan “İdrak” liseyi məhz Eyyubovların himayəsində fəaliyyət göstərib.
"AzPolitika.info"

Şərhlər
Yezid erməni məmurların birliyi bizi məhv edir
Hamı kimin neyi oldugunu çox gozel bilir.Sadece olaraq deve quşu kimi aparirlar
Derdee
Hər hansı bir əmlakın sahibini təyin etmək nə qədər çətin imiş???...Özüdə həmin obyektin sahibinə cinayət işi açılıbsa, nə əcəb o vaxt bilinməyib bu obyekt kimindir...
Bu mafiozlar Azerbaycanda her yeri zebt edibler. Hara elini atirsan, onlarin obyektlero çixir. Bu biyabirçi veziyyete bir dur deyen olmayacaq?t yaziqlar olsun bu millete...