Paytaxtda axşam saatlarında intihara cəhd olub.
APA-nın məlumatına görə, 27 yaşlı Sevinc Əsədova özünü Bakıxanov prospektindəki körpüdən atıb.
S. Əsədova müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
İntihara cəhdin səbəbi bilinmir.
Hadisəni Yasamal polisi araşdırır.


Şərhlər